Notifications
Clear all

Şagirdlərin elektron yerdəyişməsi


Vusale Huseynova
(@vusale-huseynova)
Yeni Üzv
Qoşulub: 1 il öncə
Yazılar: 4
Əsas mövzu  

1.Şagirdlərin yerdəyişməsi hansı formada həyata keçirilir?

Şagirdlərin yerdəyişməsi proqram təminatı vasitəsilə elektron formada həyata keçirilir.

2.Proses hansı portal vasitəsilə aparılır?

Proses sy.edu.az portalı vasitəsilə aparılır.

3.Şagirdlərin elektron yerdəyişməsi portalında valideyn (qanuni nümayəndə) qeydiyyatdan keçmək üçün nə etməlidir?

Valideyn (qanuni nümayəndə) sy.edu.az portalına daxil olub, “qeydiyyat” bölməsini seçib ilk öncə özünü qeydiyyatdan keçirir. Bunun üçün şəxsiyyət vəsiqəsinin FİN kodunu yazıb, “robot deyiləm” düyməsini işarələyib “yoxla” düyməsini vurur. Məlumatların düzgünlüyünü yoxlayıb “təsdiq” düyməsini vurur. Daha sonra əlaqə nömrəsini daxil edir və təsdiqləyir, nömrəyə göndərilən 4 rəqəmli şifrəni ekranda göstərilən müvafiq sahəyə daxil edib təsdiqlədikdən sonra irəli düyməsini sıxır. Bu mərhələdə valideyn tərəfindən kabinetə şifrə təyin edilməsi tələb olunur. Valideyn şifrəni daxil etdikdən sonra kabinet yaradılmış olur. Açılan səhifədə “şagird əlavə et” bölməsinə daxil olub övladının FİN kodunu və yaxud ÜTİS kodunu yazıb, şagirdin oxuduğu rayonu və məktəbi seçib “yoxla” düyməsini vurur. Tapılan məlumatların düzgünlüyünü yoxladıqdan sonra “yadda saxla” vurub şagirdi kabinetə əlavə edir.

4.Valideyn (qanuni nümayəndə) sy.edu.az portalında yaratdığı şəxsi kabinetə neçə övladını daxil edə bilər?

Say məhdudiyyəti qoyulmayıb.


İstinad et
Fidan Vahidova
(@fidan-vahidova)
Yeni Üzv
Qoşulub: 5 ay öncə
Yazılar: 1
 

X-XI sinif  şagirdlerinin yerdeyişmesi nece heyata  keçirilir?


Cavablaİstinad et
Aynur İbr-va
(@ibrahimli-aynur)
Yeni Üzv
Qoşulub: 5 ay öncə
Yazılar: 3
 

X--Xl sinif şagirdlərinin yerdəyişməsi üçün sorğu yerləşdirildikdə valideyndən "fayl" bölməsinə ailəsi ilə birlikdə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd yüklənilməsi tələb olunur.


Cavablaİstinad et
Burada paylaşın: