Notifications
Clear all

Statistika


Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 1 il öncə
Yazılar: 177
Əsas mövzu  

✅Ötən il müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində olduğu kimi, cari ildə də Azərbaycan bölməsi üzrə ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyat, coğrafiya, fransız dili, tarix və texnologiya fənlərindən müsabiqəyə təqdim olunmuş bütün vakansiyalar namizədlər tərəfindən tutulub.

💹Azərbaycan dili, alman dili, fiziki tərbiyə, informatika, kimya, musiqi, rus dili və ədəbiyyatı, təsviri incəsənət fənlərində həm Azərbaycan, həm də rus bölməsi üzrə vakant yerləri tutmuş namizədlərin sayı ötən illə müqayisədə artıb.

👩‍🏫Qeyd edək ki, bu il Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 10 000-dən artıq vakant yer müəllimlərin işə qəbulu müsabiqəsinə təqdim edilib.

 


İstinad et
Burada paylaşın: