Notifications
Clear all

Müsahibə nəticələri.


Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 1 il öncə
Yazılar: 177
Əsas mövzu  

Müsahibə mərhələsinin nəticələri elan olunub✅

☑️Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

9-18 avqust tarixlərində təşkil olunan müsahibələrdə 4300 nəfər uğur qazanıb.

❗Müsahibələrdə uğur qazanan namizədlər ⏰29 avqust saat 18:00-dək zəruri sənədləri zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədən işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

📍Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışlarının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

⁉️Çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

✅Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 26 avqust saat 11:00-dan şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətlərinin qəbulu 28 avqust saat 11:00-da başa çatacaq.

🔻Qeyd edək ki, apellyasiya müsahibələrinin onlayn formatda təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq.

🔴Yaxın günlərdə onlayn apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumat veriləcək.

 


İstinad et
Burada paylaşın: