Müsahibə mərhələsinə start verildi
Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanıldı. Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçiriləcək müsahibələrə 5 660 nəfər dəvət edilib. İlk gün informatika, musiqi, rus dili, fransız dili, texnologiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə müsahibələr təşkil olunacaq.
18 avqust tarixinədək davam edəcək müsahibələr zamanı müvafiq komissiyalar tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılacaq.
İştirakçılara uğurlar diləyirik!
Müsahibə mərhələsinin II günü
10 avqust tarixində informatika, riyaziyyat (rus bölməsi), Azərbaycan dili və ədəbiyyat, rus dili, texnologiya, fransız dili (rus bölməsi) və musiqi fənləri üzrə müsahibələr təşkil olunub. Qeyd edək ki, müsahibələrin ikinci gününə 753 namizəd dəvət edilib.
Müsahibə mərhələsinin III günü
11 avqust tarixində informatika, rus dili, Azərbaycan dili və ədəbiyyat, texnologiya, alman dili, riyaziyyat, kimya və musiqi fənləri üzrə müsahibələr təşkil olunub. Müsahibələrə 753 nəfər dəvət edilib.
Qeyd edək ki, bu gün Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, həmin şuranın üzvləri, Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə və media nümayəndələri müsahibələrin gedişatı ilə tanış olublar.
Müsahibə mərhələsinin IV günü
14 avqust tarixində ibtidai sinif, musiqi, kimya, riyaziyyat, texnologiya, tarix və fiziki tərbiyə (rus bölməsi) fənləri üzrə müsahibələr təşkil olunub. Müsahibələrə 751 nəfər dəvət olunub.
Qeyd edək ki, bu gün Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov və Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev müsahibələrin gedişatı ilə tanış olublar.
Müsahibə mərhələsinin V günü
15 avqust tarixində ibtidai sinif, fiziki tərbiyə, riyaziyyat, tarix, kimya, biologiya, coğrafiya və musiqi fənləri üzrə müsahibələr təşkil olunub. Müsahibələrə 728 nəfər dəvət olunub.
Qeyd edək ki, bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov müsahibələrin gedişatı ilə tanış olub.
Müsahibə mərhələsinin VI günü
16 avqust tarixində ibtidai sinif, fiziki tərbiyə, ingilis dili, rus dili və ədəbiyyat, təsviri incəsənət, biologiya və coğrafiya fənləri üzrə müsahibələr təşkil olunub. Müsahibələrə 763 nəfər dəvət olunub.
Qeyd edək ki, bu gün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov müsahibələrin gedişatı ilə tanış olub.
Salam,musahibe cavablari ne vaxt elan olunacaq?
@nigar Salam,ümumilikdə bütün fənlər üzrə müsahibə mərhələsi yekunlaşdıqdan sonra nəticələr elan olunacaq.
Deqiq tarix bilinmir?
@nigar Xeyr
Butun fenler uzre musahibe eyni gun teskil olunur?
@nigar Müsahibə mərhələsi bütün fənlər üzrə mərhələli şəkildə hissə-hissə təşkil olunur.
Rus bolmesi uzre musahibe de 18 avqustda bitir?
@nigar Bəli,bütün bölmələrə aiddir.
umumilikde tam olaraq musahibe suallari neyi ehate edir?