Notifications
Clear all

Xəbər.


Gulnar Isazade_
(@gulnar-isazade_)
Eminent Member
Qoşulub: 11 ay öncə
Yazılar: 47
Əsas mövzu  

 

 

Naxçıvanda ilk dəfə direktor müavinlərinin işə qəbulu keçiriləcək

Naxçıvanda ilk dəfə direktor müavinlərinin işə qəbulu keçiriləcək

Naxçıvanda ilk dəfə olaraq direktor müavinlərinin və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçıların işə qəbulu prosesinə başlanılıb. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Muxtar Respublikanın Təhsil Nazirliyi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.

Namizədlər 27 noyabr 2023-cü il tarixinədək (iş günləri ərzində) saat 09:00-dan 18:00-dək tələb olunan müvafiq sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, kadrlar uçotunun şəxsi vərəqəsi, əmək kitabçasının surəti, ali təhsil haqqında sənədin və əlavənin surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu yerli təhsil şöbələrinə (şəhər/rayon) təqdim etməklə qeydiyyatdan keçə bilərlər.

Həmçinin bildirilir ki, sənədlərin qəbulu namizədlər üçün aşağıda qeyd olunan tələblərə müvafiq olaraq aparılacaq.

Namizədlər üçün tələblər:

- pedaqoji ixtisas üzrə ali təhsil;

- 3 ildən az olmayaraq pedaqoji staj

- hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət göstərmək;

- iştirak edibsə, uğurlu sertifikasiya nəticəsi.

Tələblərə cavab verən namizədlər test imtahanı mərhələsinə dəvət olunacaqlar.

Test imtahanında namizədlərə:

- pedaqogika, metodika,

- əmək və təhsil qanunvericiliyi,

- riyazi məntiq üzrə test tapşırıqları təqdim ediləcək.

Test imtahanında sualların yarısını düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Müsahibə zamanı yoxlanılacaq meyarlar:

- Vəzifə üzrə praktiki biliklər;

- İdarəetmə bacarıqları;

- Şəxsi keyfiyyətlər.

 

 

 


İstinad et
Burada paylaşın: