Notifications
Clear all

Ən cox verilən suallara.


Gulnar Isazade_
(@gulnar-isazade_)
Eminent Member
Qoşulub: 11 ay öncə
Yazılar: 47
Əsas mövzu  

1. Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə kimlər iştirak edə bilər?

- Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər

2. Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə hansı mərhələlərdən ibarətdir?

- Direktorların işə qəbulu dörd mərhələdən (elektron ərizələrin qəbulu, yazılı imtahan, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarət müsabiqə yolu ilə keçirilir.

3. Müsabiqəyə elektron sənəd qəbulu nə zaman həyata keçiriləcək?

- Namizədlər cari ilin 11-16 avqust tarixlərində www.miq.edu.az/direktorlar linkinə daxil olub qeydiyyatdan keçməklə şəxsi səhifə yaradaraq elektron ərizələrinə müvafiq məlumatları daxil etdikdən, tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

4. Namizəd haqqında məlumatların müsabiqənin şərtlərinə uyğunluğu necə müəyyənləşdirilir?

- Namizəd haqqında məlumatların müsabiqənin şərtlərinə uyğunluğu nazirliyin müsabiqə komissiyası tərəfindən araşdırılır və tələblərə cavab verən namizədlərin elektron ərizələri təsdiq edilir.

5. Namizədlər elektron ərizələrində neçə vakant yer seçə bilərlər?

- Namizədlər hazırda işlədiyi ümumi təhsil müəssisəsinin tabe olduğu Təhsil idarəsi üzrə 4 vakant ümumi təhsil müəssisəsini seçə bilərlər.

6. Yazılı imtahan mərhələsində namizədlərin bilikləri hansı bölmələr üzrə yoxlanılacaq?

- Müsabiqənin yazılı imtahan mərhələsi test imtahanı və yazı işindən ibarət olaraq keçiriləcək. Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Təqdim olunan sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunacaq. Namizədin seçdiyi esse mövzuları üzrə mümkün 10 baldan yarısını toplayanlar müsahibə mərhələsinə buraxılacaqlar.

7. Müsabiqənin test imtahanı mərhələsi necə təşkil olunacaq?

- Müsabiqənin test imtahanı mərhələsi ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində təşkil ediləcək. Diqqət! Namizədlər yaşadıqları şəhər və ya rayona ən yaxın imtahan mərkəzinə yönəldiləcəkləri üçün elektron qeydiyyatdan keçərkən “faktiki yaşadığı rayon/şəhər” xanasında hazırkı yaşayış yerini qeyd etməlidirlər.

8. Namizədlərin vakant yerlərə yerləşdirilməsi necə həyata keçirilir?

- Müsahibə mərhələsinin nəticəsinə əsasən, seçim ardıcıllığı nəzərə alınmadan komissiyanın qərarına uyğun olaraq namizədlər vakant yerlərə yerləşdirilirlər.

9. Müsabiqədə keçid balı nə qədərdir?

- Dövlәt ümumi tәhsil müәssisәlәrinә direktor vәzifәsinә keçid balı namizәdlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

10. Müsahibə mərhələsində iştirak edəcək namizədlərdən hansı sənədlər tələb olunur?

- Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işlərini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini) müsahibə komissiyasına təqdim etməlidirlər.

11. İşə qəbul olmuş direktorların iş yerinin dəyişdirilməsi həyata keçirilirmi?

- Müsabiqənin nəticəsinə əsasən təyinat almış direktorlar 3 ildən artıq müddətdə təyin olunduğu müəssisədə işlədiyi halda məktəbin buraxılış imtahanları və məzunların ali məktəblərə qəbul nəticələri nəzərə alınaraq nazirlik tərəfindən qərar qəbul edilməklə onların yerdəyişməsinə icazə verilir.
 
 
  •  
     

İstinad et
Burada paylaşın: