Notifications
Clear all

Tələbə krediti


 Anonymous
Qoşulub: 55 il öncə
Yazılar: 0
Əsas mövzu  

Sosial tələbə krediti ala bilmək üçün müvafiq sosial kateqoriyalardan heç birinə daxil deyiləm. Bu o deməkdir ki, mən tələbə təhsil kreditindən yararlana bilməyəcəyəm? 


İstinad et
 Anonymous
Qoşulub: 55 il öncə
Yazılar: 0
 

Sosial kredit almaq hüququnuz yoxdursa, standart tələbə kreditindən yararlanmağınız mümkündür. Təhsilinizin birinci tədris ilinin ilk semestrindən edibarən standart kredit üçün müraciət edə bilirsiniz. 


Cavablaİstinad et
 Anonymous
Qoşulub: 55 il öncə
Yazılar: 0
Əsas mövzu  

Standart tələbə kreditdən yararlanmaq üçün də hansısa şərtlər mövcuddur?


Cavablaİstinad et
 Anonymous
Qoşulub: 55 il öncə
Yazılar: 0
 

Bəli. Müəyyən şərtlər var. Əgər yeni qəbul olmuş tələbəsinizsə və birinci tədris ilinin ilk yarımili üçün standart tələbə kreditinə müraciət etmək istəyirsinizsə, tələbə qəbul imtahanında topladığınız ümumi bal Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən, digər semestrlər üçün isə ÜOMG 71 bal və yuxarı olmalıdır. İllik tədris haqqının ən azı 20 faizini ödədiyiniz halda da standart tələbə kreditinə müraciət edə bilərsiniz.

Yazıya dəyişiklik edilib: 3 il öncə öncə tərəfindən

Cavablaİstinad et
Burada paylaşın: