Festivalın başlamasına 3 gün qaldı
FESTİVALIN BAŞLAMASINA 1GÜN QALDI!!! 🎊
SAF STEAM Beynəlxalq Festivalına start verildi. Bütün iştirakçılara uğurlar arzu edirik!
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 4-8 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçirilir.
Beynəlxalq səviyyədə təşkil olunan SAF 2023 ümumilikdə 12 yarış, 15 yaş kateqoriyası üzrə, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında keçirilir. Festivalın final mərhələsində 11 ölkə təmsil olunur. Final mərhələsində ümumilikdə 868 yerli, 159 xarici iştirakçı yarışır. SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında müxtəlif yarış kateqoriyaları üzrə iştirak edəcək 96 nəfər münsif heyəti İngiltərə, Norveç, Slovakiya, Bolqarıstan, Danimarka, Çexiya, Türkiyə, Azərbaycan kimi ölkələri təmsil edir.
Daha ətraflı://saf.steam.edu.az/az
Festivalda olan kateqoriyalar:
İnnovative exhibition
Hackaton
Deep Dive
VEX Robotics Competition
Fly Tech
H2 Grand Prix Pro
Boat Racing
Wings and Wheels
Mechatronics
VEX İQ Competition
First LEGO League Challange
VİDx
First LEGO League Explore
Engineers of Future
Robokids
Festival 4-8 dekabr 2023 tarixləri arasında Bakı şəhərində keçirilir.
Festivalda iştirak edən
🦾 komandaların sayı: 351
🌍 qatılan ölkələrin sayı: 10
👦👧 iştirakçıların sayı: 1510
📝 kateqoriyaların sayı: 11
Festivaldan görüntü
Robokids kateqoriyası nədir? və bu kateqoriyaya aid tələblər hansılardır?
Hörmətli, @nermin
Robokids yarışı məktəbəqədər və ibtidai sinif şagirdləri üçün Matata platformasında keçiriləcək yarışdır. Yarışın məqsədi uşaqları komanda şəklində işləməyə sövq etmək, peşəkar həssaslıq və rəqabəti təbliğ etmək, ünsiyyət bacarığını, məntiqi təfəkkür, kodlaşdırma kimi bacarıqları inkişaf etdirmək, həm də şagirdlərin əylənərək araşdırma aparıb öyrənməsi və yarışmasını təşkil etməkdir. Seçim turundan keçən komandalar birinci mərhələdə düzgün utilizə olunmayan və ətraf mühitə atılan batareyaların vura biləcəyi ziyan barədə araşdırma aparıb poster hazırlamalı, ikinci mərhələdə elan olunacaq mövzuya uyğun sahə hazırlamalı və üçüncü mərhələdə matata robotlarının köməyi ilə hazırladıqları sahəyə atılmış batareyaları utilizə sahəsinə çatdırmalıdırlar.
Tələblər
Komanda tərkibi: 2 şagird və 1 mentor
Yaş limiti: 6-8
Engineers of Future kateqoriyası nədir və ona qoyulan tələblər hansılardır?
First LEGO Leauge Explore kateqoriyası nədir və orada qoyulan tələblər hansılardır?
Hörmətli, @nermin
Engineers of Future kateqoriyası
Fərqli dünyaları kəşf edərək təxəyyüllərini inkişaf etdirmək istəyən şagirdlər üçün əla yarış təklif edirik! Bu yarışda çoxlu sayda konstruktiv taxta dəstlərindən istifadə etməklə ev, avtomobil, ferma və ya şəhər tikiləcək, daha sonra isə şagirdlər tərəfindən dizayn etdikləri dünyaların hekayələri yaradılacaq.
İştirakçılar şəhərlər və ya təsərrüfatlar kimi böyük strukturlar tikərək dünya yarada və ya fermada heyvanlara sığınacaq hazırlaya, bitki və tərəvəz yetişdirmək kimi məhsuldar fəaliyyətlərlə də məşğul ola bilərlər.
Bundan əlavə şagirdlər öz təsəvvürlərini və xəyal dünyalarını tam olaraq ortaya çıxarmaq üçün öz yaratdıqları şəhər ya qəsəbəni zövqlərinə uyğun boyaya biləcəklər.
Nəhayət, bütün strukturlar tikildikdən sonra uşaqlar zəlzələ testi edəcəklər. Şagirdlərə tikinti və mühəndisliyin əsaslarını öyrənmək üçün əla fürsət verən bu test, strukturların davamlılığını müəyyən etmək üçün nəzərdə tutulmuşdur.
Bu yarışda iştirkaçılar təkcə öz təxəyyüllərini reallaşdırmayacaq, həm də real dünya təcrübələrindən öyrənəcəklər!
Tələblər
Komanda tərkibi: 2 şagird və 1 mentor
Yaş limiti: 6-8