Notifications
Clear all

Respublika Fənn Olimpiadaları (RFO)

Page 1 / 2

Ulkər Cəfərova
(@ulker__03)
Aktiv Üzv
Qoşulub: 1 il öncə
Yazılar: 11
Əsas mövzu  

-Respublika Fənn Olimpiadaları (RFO) nədir?

  Respublika Fənn Olimpiadaları hər tədris ilində bir dəfə olmaqla Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən elm yarışıdır.

-RFO hansı turlardan və mərhələlərdən ibarətdir?

  Respublika Fənn Olimpiadaları rayon (şəhər) mərhələsi və Respublika mərhələsi olmaqla iki mərhələdən, respublika mərhələsi isə yarımfinal və final turları olmaqla iki turdan ibarətdir.

-RFO hansı fənlər üzrə keçirilir?

  Respublika Fənn Olimpiadaları Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri olmaqla 8 müxtəlif fənn üzrə keçirilir.

-RFO-da necə iştirak edilə bilər?

  9-11-ci sinif şagirdləri portal.edu.az saytından qeydiyyatdan keçərək Respublika Fənn Olimpiadalarında iştirak edə bilər. Xüsusi istedadlı 8-ci sinif şagirdləri isə məktəb psixoloqu və direktorun təqdimatı əsasında əvvəlki illərdəki respublika səviyyəli nailiyyətlərini təsdiq edən sənədlərlə birlikdə ARTİ-yə müraciət edərək iştirak edə bilərlər.

-Qeydiyyat hansı mərhələlərdən ibarətdir?

  Qeydiyyat 3 mərhələdən ibarətdir: 1. Şagirdlərdən sorğuların qəbul edilməsi: 10-20 dekabr 2. Yerləşdirmə: 25-30 dekabr 3. Buraxılış vərəqələrinin çapı: 5-10 yanvar.

-RFO-da neçənci sinif şagirdləri iştirak edə bilərlər?

  Respublika Fənn Olimpiadalarında IX, X və XI sinif şagirdləri, eyni zamanda xüsusi istedada və hazırlığa malik olan VIII sinif şagirdləri iştirak edirlər.

-RFO-da tapşırıqlar kim tərəfindən hazırlanır?

  Respublika Fənn Olimpiadalarında şagirdlərə təqdim edilən tapşırıqlar Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş münsiflər heyəti tərəfindən hazırlanır.

-RFO tapşırıqları hansı mövzuları əhatə edir?

  Respublika Fənn Olimpiadalarının proqramı məktəb proqramı ilə məhdudlaşmır. Olimpiadalarla əlaqədar müvafiq proqram tədris ilinin əvvəlində yerli təhsili idarəetmə orqanları vasitəsilə məktəblərə göndərilmiş, eləcə də www.olimpiada.edu.az saytında yerləşdirilmişdir.

-RFO-da rayon (şəhər) mərhələsində növbəti tura keçid faizi nə qədərdir?

  Olimpiadanın təşkili və keçirilməsi qaydalarına əsasən rayon (şəhər) mərhələsində 60% və daha yuxarı nəticə göstərmiş şagirdlər respublika mərhələsində iştirak etmək hüququ qazanır. Respublika Təşkilat Komitəsi və münsiflər heyətinin qərarı ilə keçid faizi şagirdlərin lehinə aşağı salına bilər.

-Respublika Fənn Olimpiadalarına necə qeydiyyatdan keçməliyəm?

  Respublika Fənn Olimpiadalarına müraciət etmək istəyən şəxslər ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb, “Olimpiadalar və Müsabiqələr” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlisiniz.

-Portalda artıq qeydiyyatım varsa, yenidən sistemdə qeydiyyatdan keçməliyəm?

  Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyatdan keçməyinizə ehtiyac yoxdur.

-Şifrəmi unutmuşam. Necə bərpa etməliyəm?

  Şəxsi kabinetə giriş üçün istifadə etdiyiniz şifrəni unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsini sıxaraq açılan pəncərədə ilk öncə elektron poçt ünvanınızı daxil edin. Açılan növbəti pəncərədə mobil nömrənizin son 4 rəqəmini daxil edin. Nömrəyə gələn təsdiq kodunu yazdıqdan sonra yeni şifrə təyin edilməlidir.

-Şəxsi məlumatlarımı necə daxil etməliyəm?

  Şəxsi məlumatlarınız şəxsiyyət vəsiqənizin FİN-i vasitəsilə avtomatik əks olunur.

-Şəxsi məlumatlarım barədə nələrə diqqət etməliyəm?

  Qeydiyyat zamanı daxil edilən FİN, mobil nömrə, mail və digər məlumatların müraciətçinin özünə aid olmasına diqqət edilməlidir.

-Şəxsi məlumatlarımdakı elektron poçt və ya mobil nömrə mənə aid deyil, nə etməliyəm?

  Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və ya elektron poçt şəxsi məlumatlarınızda əks olunur. Bu halda 146 xidməti vasitəsilə Təhsil Nazirliyinə müraciət etməyiniz xahiş olunur.

-Sənədlərimin qəbul edilib-edilmədiyini necə öyrənə bilərəm?

  Müraciətinizin statusunu şəxsi kabinetinizdə “Olimpiadalar və Müsabiqələr” xidmətinə daxil olaraq, “Ümumi məlumatlar” səhifəsində “Statusların tarixçəsi” bölməsindən öyrənə bilərsiniz. Qeydiyyatını tamamlayaraq təsdiq etmiş bütün müraciətçilər “status” vasitəsilə prosesin gedişini izləyə bilərlər.

-İmtahanda iştirak üçün buraxılış vərəqəsini necə əldə edə bilərəm?

  Müraciətini tamamlamış bütün müraciətçilər qeydiyyat müddəti bitdikdən sonra öz şəxsi kabinetlərindən “buraxılış vərəqəsi”-ni çap edə biləcəklər.

-Müraciət zamanı nələrə diqqət etməliyəm?

  Müraciət zamanı daxil edilən təhsil və müsabiqə məlumatlarının düzgün doldurulmasına diqqət edilməlidir. Müraciətinizi təsdiqlədikdən sonra məlumatları dəyişdirmək mümkün olmayacaqdır.

-Olimpiaada qaliblərinin Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu necə və hansı ixtisaslar üzrə aparılır? 

 Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın təsdiq edilməsi və “Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli Qərarının ləğv edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

http://e-qanun.az/framework/42536

 


İstinad et
Nəzarətçi
(@admin)
Üzv Admin
Qoşulub: 3 il öncə
Yazılar: 4
 

RFO-da neçənci sinif şagirdləri iştirak edə bilərlər?


Cavablaİstinad et
Ulkər Cəfərova
(@ulker__03)
Aktiv Üzv
Qoşulub: 1 il öncə
Yazılar: 11
Əsas mövzu  
Paylaşıb:: @admin

RFO-da neçənci sinif şagirdləri iştirak edə bilərlər? 

 


Cavablaİstinad et
Ulkər Cəfərova
(@ulker__03)
Aktiv Üzv
Qoşulub: 1 il öncə
Yazılar: 11
Əsas mövzu  

Respublika Fənn Olimpiadalarında IX, X və XI sinif şagirdləri, eyni zamanda xüsusi istedada və hazırlığa malik olan VIII sinif şagirdləri iştirak edirlər.


Cavablaİstinad et
Gunelgumus
(@gunelgumus)
Yeni Üzv
Qoşulub: 1 il öncə
Yazılar: 1
 
  1. Olimpiadaya hazırlıq materialları varmı ilkin mərhələ üçün?

Cavablaİstinad et
susan.aslanova.1990@gmail.com
(@susan-aslanova-1990gmail-com)
Yeni Üzv
Qoşulub: 1 il öncə
Yazılar: 1
 

Olimpiada sualları şagirdlərin yaşlarına və siniflərinə uyğundurmu?


Cavablaİstinad et
Ulkər Cəfərova
(@ulker__03)
Aktiv Üzv
Qoşulub: 1 il öncə
Yazılar: 11
Əsas mövzu  

@gunelgumus

Azərbaycan Respublikasının Təhsil İnstitutu  müvafiq  tədris ili üçün
Respublika fənn olimpiadalarının    müvafiq fənlərə uyğun  P R O Q R A M I hazırlayır, o proqram olimpiada sualları mövzularını əhatə edir.

 

 


Cavablaİstinad et
Ulkər Cəfərova
(@ulker__03)
Aktiv Üzv
Qoşulub: 1 il öncə
Yazılar: 11
Əsas mövzu  

@susan-aslanova-1990gmail-com 

Birinci mərhələdə şagirdlər siniflər üzrə , növbəti mərhələlərdə isə 8-9-cu siniflər aşağı yaş qrupu 10-11-ci siniflər isə yuxarı yaş qrupu üzrə yarışırlar.  Azərbaycan Respublikasının Təhsil İnstitutu  müvafiq  tədris ili üçün
Respublika fənn olimpiadalarının    müvafiq fənlərə uyğun  proqram hazırlayır, o proqram olimpiada  mövzularını əhatə edir.


Cavablaİstinad et
Rena Emikisiyeva
(@rena-emikisiyeva)
Yeni Üzv
Qoşulub: 1 il öncə
Yazılar: 1
 

Olimpiada qalibi şagirdlər beynəlxalq olimpiadaya vəsiqə qazanırmı ?


Cavablaİstinad et
Elizade Elmira
(@elizade-elmira)
Yeni Üzv
Qoşulub: 1 il öncə
Yazılar: 1
 

məktəb dərslikləri kifayət edirmi olimpiada üçün yüksək nəticə əldə etməyə?


Cavablaİstinad et
Ulkər Cəfərova
(@ulker__03)
Aktiv Üzv
Qoşulub: 1 il öncə
Yazılar: 11
Əsas mövzu  

@elizade-elmira  Ümumitəhsil fənn proqramlarını kifayət qədər mənimsəyib  və əlavə  ədəbiyyatlardan istifadə etmək tövsiyə olunur.  Ümuyiyyətlə birinci mərhələdə şagirdlər siniflər üzrə , növbəti mərhələlərdə isə 8-9-cu siniflər aşağı yaş qrupu 10-11-ci siniflər isə yuxarı yaş qrupu üzrə yarışırlar.   Azərbaycan Respublikasının Təhsil İnstitutu  müvafiq  tədris ili üçün   Respublika fənn olimpiadalarının    müvafiq fənlərə uyğun hazırladığı proqramın sonunda Ədəbiyyat siyahısı qeyd olunur ki, iştirakçılar hazırlaşan zaman həmin kitablardan istifadə edə bilər.

Proqram üçün keçid: Respublika Fənn Olimpiadalarının fənlər üzrə proqramları


Cavablaİstinad et
Ulkər Cəfərova
(@ulker__03)
Aktiv Üzv
Qoşulub: 1 il öncə
Yazılar: 11
Əsas mövzu  

@rena-emikisiyeva

Riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilən beynəlxalq fənn olimpiadaları hər il dünyanın müxtəlif ölkələrinin evsahibliyi ilə həyata keçirilir. Azərbaycan məktəbliləri müstəqillik tarixinindən bu yana əsasən 1992-ci ildən günümüzədək hər il bu mötəbər elm yarışlarında iştirak edirlər.Beynəlxalq fənn olimpiadalarını formatına görə bir neçə qrupa bölmək olar. Əsasən iştirakçıların yaş məhdudiyyətinə görə fərqlənən, eləcə də formatına görə fərqlənən olimpiadalar mövcüddur.Azərbaycan məktəbliləri, riyaziyyat fənni üzrə: Beynəlxalq Riyaziyyat Olimpiadası (İMO), Balkan Riyaziyyat Olimpiadası (BMO), Yeniyetmələrin Balkan Riyaziyyat Olimpidası (JBMO), Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) Qafqaz Riyaziyyat Olimpiadası, Beynəlxalq Meqapolislər Olimpiadası, Beynəlxalq Jautıkov Olimpiadası (İZHO) fizika fənni üzrə: Beynəlxalq Fizika Olimpiadası (İPHO), Avropa Fizika Olimpiadası (EuPHO), Beynəlxalq Jauıtkov Olimpiadası (İZHO), Yeniyetmələrin Elm Olimpiadası (İJSO) kimya fənni üzrə: Beynəlxalq Kimya Olimpiadası (İCHO), Beynəlxalq Mendeleyev Kimya Olimpidası (İMCHO),  Yeniyetmələrin Elm Olimpiadası (İJSO) biologiya fənni üzrə: Beynəlxalq Biologiya Olimpiadası (İBO), Yeniyetmələrin Elm Olimpiadası (İJSO) informatika fənni üzrə: Beynəlxalq İnformatika Olimpiadası (İOİ), Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ), Beynəlxalq Jauıtkov Olimpiadası (İZHO) da iştirak edirlər.

Adları çəkilən beynəlxalq fənn olimpiadalarında iştirak edəcək Azərbaycan milli komandasının seçim imtahanları Azərbaycan Respublikasının Təhsil İnstitutunun müvafiq şöbəsi tərəfindən keçirilməsi təmin edilir. Seçmə imtahanlarına əsasən Respublika fənn olimpiadalarının qalibləri və ya final mərhələdə iştirak etmiş şagirdlər dəvət edilirlər


Cavablaİstinad et
Kamala Nahmadova
(@kamala-nahmadova)
Yeni Üzv
Qoşulub: 1 il öncə
Yazılar: 2
 

Respublika Fənn Olimpiadasında xarici vətəndaşların iştirakı mümkündür?


Cavablaİstinad et
Ulkər Cəfərova
(@ulker__03)
Aktiv Üzv
Qoşulub: 1 il öncə
Yazılar: 11
Əsas mövzu  

@kamala-nahmadova Azərbaycan Respublikası ümumitəhsil məktəblərində təhsil alan hər bir şagird iştirak edə bilər. 


Cavablaİstinad et
Kamala Nahmadova
(@kamala-nahmadova)
Yeni Üzv
Qoşulub: 1 il öncə
Yazılar: 2
 

@ulker__03 Təşəkkür edirəm

 


Cavablaİstinad et
Page 1 / 2
Burada paylaşın: