Notifications
Clear all

Xəbər.


Gulnar Isazade_
(@gulnar-isazade_)
Eminent Member
Qoşulub: 1 il öncə
Yazılar: 47
Əsas mövzu  

📢 26 iyul tarixində baş tutan peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbul imtahında iştirak edən namizədlər üçün keçid balı müəyyən edilib.

 

📌 Direktor və direktor müavinlərinin işə qəbulu üzrə test imtahanında hər bir vakansiya üzrə ən çox bal toplayan 5 namizəd müsahibələrin ilk turunda iştirak etmək hüququ qazanacaq. Müsahibə mərhələsinə yalnız 30 baldan çox toplayan müraciətçilər buraxılır. Qeyd edək ki, keçid balından çox nəticə göstərən digər namizədlər müsahibə mərhələsi üçün gözləmə siyahısına əlavə ediləcək və müsahibələrin ikinci turunda, boş qalan vakant yerlər üçün dəyərləndiriləcəklər.

 

Müsahibələrin ilk turu 7 avqust - 7 sentyabr tarixləri arasında, ikinci turu isə ehtiyaca uyğun olaraq 9 oktyabr - 1 dekabr aralığında baş tutacaq. İmtahandan keçən şəxslərə müsahibə ilə bağlı məlumat şəxsi kabinet vasitəsilə veriləcək.

 

  • #PeşəTəhsili #DMİQ2023

İstinad et
Burada paylaşın: