Notifications
Clear all

Yazı


Gulnar Isazade_
(@gulnar-isazade_)
Eminent Member
Qoşulub: 1 il öncə
Yazılar: 47
Əsas mövzu  

Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin olunub

 

- - -

 

Ceyhun Kərəmov Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. 

 

Qeyd edək ki, Ceyhun Kərəmov 1999–2003-cü illərdə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində təhsil alıb. 2004–2006-cı illərdə ABŞ-nin Corciya Universitetində dövlət idarəetməsi üzrə magistr dərəcəsi alıb. 2018-ci ildə Fransada yerləşən “INSEAD”biznes məktəbini qlobal biznes idarəçiliyi ixtisası üzrə bitirib. 2016-cı ildə “Project Management Institute” tərəfindən layihələrin idarə edilməsi üzrə sertifikat (PMP) əldə edib.

 

Ceyhun Kərəmov əmək fəaliyyətinə 2002-ci ildən başlayıb, beynəlxalq və yerli təşkilatlarda fəaliyyət göstərib. 2003–2004-cü illərdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan hökumətinin birgə layihəsində çalışıb. 2006–2020-ci illərdə BP şirkətinin Azərbaycan nümayəndəliyində ekspert və rəhbər vəzifələrdə çalışıb. 2007–2010-cu illərdə Xəzər Universitetində, 2018-ci ildən isə Bakı Ali Neft Məktəbinin tərkibindəki Layihə İdarəetmə Məktəbində, həmçinin ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsində müəllim kimi fəaliyyət göstərib. 2007–2018-ci illərdə gənclər sektorunda beynəlxalq layihə və təşkilatların idarə olunmasında fəal iştirak edib.

 

2020-ci il sentyabrın 15-dən Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsində çalışıb. 12 yanvar 2022-ci ildən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru səlahiyyətlərini icra edir.


İstinad et
Burada paylaşın: