Notifications
Clear all

Kimlər sertifikasiyada iştirak edəcək?

Page 1 / 2

Əfsanə Abdulhüseynli
(@afsana_a)
Eminent Member
Qoşulub: 11 ay öncə
Yazılar: 26
Əsas mövzu  

Müəllimlərin sertifikasiyası necə həyata keçirilir?

2 mərhələdən ibarətdir: 
1. Test imtahanı

2. Müsahibə

Kimlər sertifikasiyada iştirak etməlidir?
 
Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.
 
Kimlər sertifikasiyadan azaddır? 
-hamilə qadınlar;

-uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
-ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində;
-azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
 
İmtahanın keçirililəcəyi tarix və məkan haqqında necə məlumat əldə etməliyik? 

Sertifikatlaşdırmanın keçirilməsi yerini, vaxtını və sertifikatlaşdırmanın keçiriləcəyi ixtisasları Nazirlik müəyyən edir və altsistemdə yerləşdirir.
 
Nazirliyin müvafiq yerli bölmələri altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər.
Qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə Şəxsi   kabinet  açılır   və   kabinetin   şifrəsi   təhsilverənin   əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və  s.) Şəxsi  kabinet vasitəsilə  əldə  edirlər.  Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş Şəxsi  kabinetə  göndərilir.  I  dərəcə  gözdən  əlilliyi  olan təhsilverənlərə bu bənddə göstərilən məlumatlar təhsil müəssisələri tərəfindən şəxsən təqdim olunur. Təhsilverən sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsi təqdim etdikdə buraxılır.
 
 
 
Mövzuya dəyişiklik edilib: 11 ay öncə 3 times Nəzarətçi tərəfindən

İstinad et
Vusale Huseynova
(@vusale-huseynova)
Yeni Üzv
Qoşulub: 12 ay öncə
Yazılar: 4
 

Salam, üzrlü səbəbdən sertifikasiyada iştirak etməyən müəllim nə zaman sertifikatlaşmadan keçə bilər?

 


Cavablaİstinad et
Əfsanə Abdulhüseynli
(@afsana_a)
Eminent Member
Qoşulub: 11 ay öncə
Yazılar: 26
Əsas mövzu  

@vusale-huseynova Üzürlü səbəbdən sertifikasiyada iştirak edə bilməyən təhsilverənlər və yaxud sertifikasiyadan keçməyən təhsilverənlər 1il müddətində iş yeri saxlanılmaqla yenidən sertifikasiya imtahanına cəlb olunurlar. Təkrar sertifikasiyadan keçməyən təhsilverənlərin əmək müqaviləsi işəgötürən tərəfindən ləğv olunur.


Cavablaİstinad et
Billura Hajiyeva
(@billura-hajiyeva)
Aktiv Üzv
Qoşulub: 10 ay öncə
Yazılar: 8
 

3 il staji olan müəllimlər bu ilden sertifikatlaşdırmaya cəlb olunacaqmi?


Cavablaİstinad et
Əfsanə Abdulhüseynli
(@afsana_a)
Eminent Member
Qoşulub: 11 ay öncə
Yazılar: 26
Əsas mövzu  

@billura-hajiyeva Bu barədə rəsmi məlumat olmadığına görə yox. Rəsmi məlumat: Miq imtahanından keçdikdən 5il müddətində təhsilverənlər sertifikasiyadan azaddır. 


Cavablaİstinad et
Billura Hajiyeva
(@billura-hajiyeva)
Aktiv Üzv
Qoşulub: 10 ay öncə
Yazılar: 8
 

Sertifikasiya imtahanının nəticəsi əmək haqqına necə təsir edəcək?


Cavablaİstinad et
Billura Hajiyeva
(@billura-hajiyeva)
Aktiv Üzv
Qoşulub: 10 ay öncə
Yazılar: 8
 

İbtidai sinif müəllimləri üçün sertifikasiya sualları ibtidai sinife uyğun mu olacaq yoxsa yuxarı sinif səviyyəsində düşəcək?


Cavablaİstinad et
Billura Hajiyeva
(@billura-hajiyeva)
Aktiv Üzv
Qoşulub: 10 ay öncə
Yazılar: 8
 

Sertifikasiya ne zaman könüllü ola bilər?


Cavablaİstinad et
Billura Hajiyeva
(@billura-hajiyeva)
Aktiv Üzv
Qoşulub: 10 ay öncə
Yazılar: 8
 

İkinci dəfə sertifikasiyadan müvafiq keçidi keçmeyen müəllimlərin aqibəti necə olacaq?


Cavablaİstinad et
Billura Hajiyeva
(@billura-hajiyeva)
Aktiv Üzv
Qoşulub: 10 ay öncə
Yazılar: 8
 

Sertifikasiyaya destek üçün ödənişsiz təlimlər var mı?


Cavablaİstinad et
Əfsanə Abdulhüseynli
(@afsana_a)
Eminent Member
Qoşulub: 11 ay öncə
Yazılar: 26
Əsas mövzu  

@billura-hajiyeva Təhsilverənlərin sertifikasiya imtahanından 30-dan yüksək bal yığdıqda əməkhaqqına 10% əlavə, 50-dən yüksək bal yığdıqda isə əməkhaqqına 35% əlavə ediləcək. 


Cavablaİstinad et
Billura Hajiyeva
(@billura-hajiyeva)
Aktiv Üzv
Qoşulub: 10 ay öncə
Yazılar: 8
 

Sertifikasiya imtahani tehsilin inkişafına ne kimi töhvə verir?


Cavablaİstinad et
Billura Hajiyeva
(@billura-hajiyeva)
Aktiv Üzv
Qoşulub: 10 ay öncə
Yazılar: 8
 

Sertifikasiya imtahanından sehv cavabların düz cavablara tesiri varmi?


Cavablaİstinad et
Əfsanə Abdulhüseynli
(@afsana_a)
Eminent Member
Qoşulub: 11 ay öncə
Yazılar: 26
Əsas mövzu  

@billura-hajiyeva Hər ixtisas fənnində oıduğu kimi ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanında suallar tədris planına və müəllimin ixtisas fənninə uyğun olaraq düşəcək.


Cavablaİstinad et
Əfsanə Abdulhüseynli
(@afsana_a)
Eminent Member
Qoşulub: 11 ay öncə
Yazılar: 26
Əsas mövzu  

@billura-hajiyeva 60 yaşı keçən təhsilverənlər könüllü olaraq imtahanda iştirak edə biləcəklər.İmtahandqn keçdikləri halda əməkhaqqına əlavələr olacaq. İmtahandan keçmədikləri halda əmək müqavilələrinə işəgötürən tərəfindən son veriləcək.


Cavablaİstinad et
Page 1 / 2
Burada paylaşın: