Müəllimlərin sertifikasiyası necə həyata keçirilir?
2 mərhələdən ibarətdir:
1. Test imtahanı
2. Müsahibə
Salam, üzrlü səbəbdən sertifikasiyada iştirak etməyən müəllim nə zaman sertifikatlaşmadan keçə bilər?
@vusale-huseynova Üzürlü səbəbdən sertifikasiyada iştirak edə bilməyən təhsilverənlər və yaxud sertifikasiyadan keçməyən təhsilverənlər 1il müddətində iş yeri saxlanılmaqla yenidən sertifikasiya imtahanına cəlb olunurlar. Təkrar sertifikasiyadan keçməyən təhsilverənlərin əmək müqaviləsi işəgötürən tərəfindən ləğv olunur.
3 il staji olan müəllimlər bu ilden sertifikatlaşdırmaya cəlb olunacaqmi?
@billura-hajiyeva Bu barədə rəsmi məlumat olmadığına görə yox. Rəsmi məlumat: Miq imtahanından keçdikdən 5il müddətində təhsilverənlər sertifikasiyadan azaddır.
Sertifikasiya imtahanının nəticəsi əmək haqqına necə təsir edəcək?
İbtidai sinif müəllimləri üçün sertifikasiya sualları ibtidai sinife uyğun mu olacaq yoxsa yuxarı sinif səviyyəsində düşəcək?
Sertifikasiya ne zaman könüllü ola bilər?
İkinci dəfə sertifikasiyadan müvafiq keçidi keçmeyen müəllimlərin aqibəti necə olacaq?
Sertifikasiyaya destek üçün ödənişsiz təlimlər var mı?
@billura-hajiyeva Təhsilverənlərin sertifikasiya imtahanından 30-dan yüksək bal yığdıqda əməkhaqqına 10% əlavə, 50-dən yüksək bal yığdıqda isə əməkhaqqına 35% əlavə ediləcək.
Sertifikasiya imtahani tehsilin inkişafına ne kimi töhvə verir?
Sertifikasiya imtahanından sehv cavabların düz cavablara tesiri varmi?
@billura-hajiyeva Hər ixtisas fənnində oıduğu kimi ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanında suallar tədris planına və müəllimin ixtisas fənninə uyğun olaraq düşəcək.
@billura-hajiyeva 60 yaşı keçən təhsilverənlər könüllü olaraq imtahanda iştirak edə biləcəklər.İmtahandqn keçdikləri halda əməkhaqqına əlavələr olacaq. İmtahandan keçmədikləri halda əmək müqavilələrinə işəgötürən tərəfindən son veriləcək.