Notifications
Clear all

Müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi:


Samira Umarova
(@samira-umarova)
Aktiv Üzv
Qoşulub: 1 ay öncə
Yazılar: 18
Əsas mövzu  

Müsabiqə ərzində şəhid ailələrinin üzvlərinə hər hansı bir güzəşt nəzərdə tutulubmu?

- Bəli. Dəyişikliklərə əsasən, əvvəlcə vakant yer seçmək imkanı şəhid ailəsi üzvlərinə veriləcək. Əlavə olaraq, əvvəlki illərdə olduğu kimi, cari ildə müsabiqə üzrə şəhid ailəsinin üzvü olan namizədlərin balı 1,1 artım əmsalına vurularaq hesablanacaq.

Müsabiqə üzrə artım əmsalı yalnız şəhid ailəsi üzvlərinə tətbiq olunacaq?

Xeyr. Ötənilki qaydalara uyğun olaraq növbəti tədris ili üzrə keçiriləcək müsabiqədə aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalı ilə hesablanacaq:

- Əri və ya arvadı hərbçi olan namizədlərin topladıqları bal 1,1 artım əmsalı ilə;

- İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalı ilə.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi necə həyata keçiriləcək?

- Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yerdəyişmə yalnız müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə həyata keçiriləcək.

Yuxarıda qeyd olunan qayda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda hazırda müəllim olaraq çalışan şəxslərə də aiddirmi?

- Xeyr. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində ölkə üzrə istənilən vakant yerə yerdəyişmə etmək imkanına malik olacaqlar.


İstinad et
Murad Rasulzada
(@murad-rasulzada)
Yeni Üzv
Qoşulub: 2 ay öncə
Yazılar: 2
 

Salam. Direktor müavini ixtisası üzrə yerdəyişmədə iştirak edə bilər?


Cavablaİstinad et
Shamsiyya
(@shamsiyya)
Yeni Üzv
Qoşulub: 2 gün öncə
Yazılar: 1
 

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron sənəd qəbulu hazırda davam edirmi?


Cavablaİstinad et
Samira Umarova
(@samira-umarova)
Aktiv Üzv
Qoşulub: 1 ay öncə
Yazılar: 18
Əsas mövzu  

@shamsiyya Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron sənəd qəbulu artıq başa çatmışdır.


Cavablaİstinad et
Soldat
(@soldat)
Yeni Üzv
Qoşulub: 2 gün öncə
Yazılar: 3
 

Sahar uzra cografiya fannindan kecid bali na qadardir?


Cavablaİstinad et
Samira Umarova
(@samira-umarova)
Aktiv Üzv
Qoşulub: 1 ay öncə
Yazılar: 18
Əsas mövzu  

@soldat Salam,şəhər üzrə coğrafiya fənnindən keçid balı 48-dir.


Cavablaİstinad et
Mamed
(@mamed)
Yeni Üzv
Qoşulub: 2 gün öncə
Yazılar: 2
 

Müddətli müqavilə ilə işləyən müəllim yerdəyişmədə iştirak edə bilərmi?


Cavablaİstinad et
Soldat
(@soldat)
Yeni Üzv
Qoşulub: 2 gün öncə
Yazılar: 3
 

Müəllimlərin yerdəyişmə prosesində müqavilə ilə işləyən müəllim iştirak edə bilər?


Cavablaİstinad et
Ali_rustemov
(@ali_rustemov)
Yeni Üzv
Qoşulub: 2 gün öncə
Yazılar: 2
 

Yerdeyisme prosesinde qeydiyyatdan kecen zaman uygun vakant yer olmadiqda secmemek huququ varmi?


Cavablaİstinad et
Samira Umarova
(@samira-umarova)
Aktiv Üzv
Qoşulub: 1 ay öncə
Yazılar: 18
Əsas mövzu  

@soldat Salam,yerdəyişmə müsabiqəsində yalnız müddətsiz əmək müqaviləsi ilə çalışan müəllimlər iştirak edə bilər.


Cavablaİstinad et
Samira Umarova
(@samira-umarova)
Aktiv Üzv
Qoşulub: 1 ay öncə
Yazılar: 18
Əsas mövzu  

@ali_rustemov Salam,bəli.


Cavablaİstinad et
Burada paylaşın: