Notifications
Clear all

Sual-cavab


Serxan Yusifzade
(@qrti_serxan-yusifzade)
Trusted Member
Qoşulub: 1 il öncə
Yazılar: 53
Əsas mövzu  

Salam ertifikatlaşdırma prisesində uğur qazanan müəllimlərə sertifikatlar hansı formada veriləcək? Ətraflı bilmək istərdim zəhmət olmazsa


İstinad et
Əfsanə Abdulhüseynli
(@afsana_a)
Eminent Member
Qoşulub: 1 il öncə
Yazılar: 26
 

Sertifikatlaşdırma prosesində uğur qazanan müəllimlərə sertifikatlar elektron sənəd formasında veriləcək.

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”ndakı dəyişikliklərə əsasən, təhsilverənlərin sertifikatlaşdırılması prosesində uğur qazanan müəllimlərə elektron sənəd formasında yaradılan sertifikat veriləcək.

Sertifikat sertifikatlaşdırmanın nəticələri elan olunduqdan sonra 5 (beş) iş günü müddətində hazırlanır.”.
 “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə əldə edilmiş sertifikatın kağız daşıyıcıda olan surətinin təsdiqi “Notariat
haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir. Sertifikatın həqiqiliyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər. Sertifikat Sertifikatlaşdırma Şurasının sədrinin elektron imzası ilə təsdiq edilir.
 Sertifikat təhsilverən üçün açılmış “Şəxsi kabinet”də yerləşdirilir.Sertifikatda aşağıdakı məlumatlar əks olunmalıdır:
1. sertifikatın nömrəsi və verildiyi tarix;
2. təhsilverənin sertifikatlaşdırmada iştirak etdiyi tarix;
3. sertifikatın etibarlılıq müddəti (müddətin başa çatdığı tarix və ya 3-cü dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər üçün müddətsiz olduğu göstərilir);
4. təhsilverənin identifikasiya məlumatları (soyadı, adı,atasının adı və doğum tarixi) və FİN kodu;
5. təhsilverənin çalışdığı təhsil müəssisəsinin (tabeçiliyi göstərilməklə) adı;
6. təhsilverənin tədris etdiyi ixtisasın (fənnin) adı;
7. təhsilverənin sertifikatlaşdırmada iştirak etdiyi dil;
8. təhsilverənin test və müsahibə mərhələlərində topladığı balı;
9. sertifikatın təhsilverənə Azərbaycan Respublikasının
dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil fənləri tədris edilən digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verdiyinə dair qeyd.


Cavablaİstinad et
Burada paylaşın: