Notifications
Clear all

Sertifikasiya imtahanı haqqında bilməli olduğumuz əsas məqamları bilirikmi?


Əfsanə Abdulhüseynli
(@afsana_a1)
Aktiv Üzv
Qoşulub: 1 ay öncə
Yazılar: 10
Əsas mövzu  

1. Yalnış cavab düzgün cavaba təsir edəcəkmi?

 -Sertifikasiya imtahanında 60 sual olacaq. Yalnış cavablar düzgün cavablara təsir etməyəcək.Hər düzgün sual 1 balla, yalnış sual 0 balla qiymətləndiriləcək və yalnış cavablar bal aprmayacaq.

2. Test imtahanı mərhələsindən təhsilverən minimum neçə bal yığmalıdır ki, növbəti mərhələyə- müsahibə mərhələsinə keçsin?

 -Sertifikasiya imtahanının test mərhələsindən ən azı 30 bal toplamış təhsilverənlər növbəti mərhələyə- müsahibə mərhələsinə buraxılırlar.

3. Müsahibə mərhələsindən təhsilverən minimum neçə bal yığmalıdır?

 -Sertifikasiyanın müsahibə mərhələsindən ən azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab olunurlar.

4. İmtahan müddəti nə qədərdir?

 -İmtahanın test mərhələsinə 120 dəqiqə; müsahibə mərhələsinə isə 20 dəqiqə vaxt ayrılır.

5. Sertifikasiya imtahanının hər iki mərhələsini uğurla keçməyin təhsilverənlər üçün əhəmiyyəti nələrdir?

 -Sertifikasiya imtahanının hər iki mərhələsini uğurla keçmiş təhsilverənlərə sertifikat verilir ki, bu da 5 il müddətində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq imkanı verir.

 -İmtahanın test mərhələsindən uğurla keçən müəllimlərin əməkhaqqına 50 baldan yüksək toplayanlar üçün 35%, 30 baldan yüksək toplayanlar üçün isə 10% əlavə  nəzərdə tutulub.

6. Sertifikasiya imtahanından keçməyən təhsilverənləri nələr gözləyir?

 -Üzürlü səbəbdən imtahanda iştirak etməyən və ya imtahandan keçməyən təhsilverənlər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar imtahanda iştirak edəcəklər. Təkrar imtahanda iştirak etməyən təhsilverənlər imtahandan keçməmiş hesab olunurlar. Təkrar imtahandan keçməyən təhsilverənlərin əmək müqaviləsi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv olunur.

 

Mövzuya dəyişiklik edilib: 2 həftə öncə Əfsanə Abdulhüseynli tərəfindən
Mövzuya dəyişiklik edilib: 2 həftə öncə Nəzarətçi tərəfindən

İstinad et
Burada paylaşın: