2024-cü il müəllimlərin sertifikasiya imtahanı hansı fənn müəllimləri üçün nəzərdə tutulmuşdur?
Azərbaycan bölməsində 5 il işləyib, rus bölməsinə 2 ildir keçən müəllim sertifikasiya imtahanında iştirak edə bilər?
Sertifikasiyadan keçmiş Azərbaycan dili və ədəbiyyat müəllimləri təkrar Azərbaycan dili (dövlət dili) imtahanında iştirak edə bilər?
2024-cü il müəllimlərin sertifikasiya imtahanı hansı fənn müəllimləri üçün nəzərdə tutulmuşdur?
-Riyaziyyat
-Azərbaycan dili(dövlət dili kimi)
-İngilis dili
-Rus dili(Azərbaycan bölməsi)
-Rus dili və ədəbiyyatı( rus bölməsi)
-Alman dili
-Fransız dili
@qahramanova-lala Xeyr, bu il iştirakı nəzərdə tutulmur. Sertifikasiya imtahanından keçmiş olduğuna görə 5 il müddətində sertifikasiya imtahanında iştirak etməyəcək.
Azərbaycan bölməsində 5 il işləyib, rus bölməsinə 2 ildir keçən müəllim sertifikasiya imtahanında iştirak edə bilər?
Sertifikasiya imtahanı üçün ümumi pedaqoji təcrübə 3 il nəzərdə tutulduğuna görə, hazırda hansı bölmədə işləyirsə müəllim həmin bölmə üzrə bu il imtahanda iştirak edəcək.