Vakant yerlərlə bağlı statistika
Dövlət ümumi təhsil müəssisələrində son iki ildə Azərbaycan bölməsi üzrə mövcud olan vakant yerlərə dair müqayisəli statistikanı təqdim edirik.
Qeyd edək ki, fransız dili, musiqi, rus dili və təsviri incəsənət fənləri istisna olmaqla, digər bütün fənlər üzrə təqdim edilən vakant yerlərin sayı ötən illə müqayisədə artmışdır. Azərbaycan və rus bölməsi üzrə ümumilikdə 10 000-dən artıq vakant yer müəllimlərin işə qəbulu üzrə müsabiqəyə təqdim ediləcək.
Nəzərinizə çatdırırıq ki, cari ildə təşkil olunan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün fənlər üzrə minimum tələbi 40 bal müəyyən olunmuşdur. Müsabiqənin test imtahanı mərhələsinin minimum tələbini ödəyən namizədlər vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.
Salam,40 bal toplayan hər kəs vakansiya seçə biləcək?
@shamsiyya Salam,bəli
Vakansiya secimi yalniz kecid balini toplayanlara aiddir yoxsa her kes sece biler?
@asya Vakansiya seçimi mərhələsində yalnız müvafiq keçid balını toplamış namizədlər iştirak edə biləcək.
Muqavile ile islemek isteyenler novbeti turlarda secim edecek?
@asya Bəli,dəqiq məlumat müddətsiz müqavilə ilə qəbul olunam namizədlərin yerləşdirilməsi mərhələsi bitdikdən sonra paylaşılacaq.