Notifications
Clear all

Müddətlu müqavilə ilə vakansiya seçimi!


Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 11 ay öncə
Yazılar: 176
Əsas mövzu  

Müddətli müqavilə ilə vakansiya seçimlərinə start verilir

21-23 avqust tarixlərində 2023-2024-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

21 avqust saat 11:00-dan etibarən start veriləcək müddətli müqavilə ilə müəllimlərin işə qəbulu proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada keçiriləcək. Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ verilir.

Namizədlər 23 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Müddətli müqavilə ilə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Xatırladaq ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.


İstinad et
Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 11 ay öncə
Yazılar: 176
Əsas mövzu  

21-23 avqustda Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə MİQ üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

 


Cavablaİstinad et
Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 11 ay öncə
Yazılar: 176
Əsas mövzu  

Müddətli müqavilə ilə vakansiya seçimi başladı

Bu gün saat 11:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start verildi. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi 23 avqust saat 11:00-da başa çatacaq.

Nəzərinizə çatdırırıq ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Şuşa şəhər 1 nömrəli və Füzuli şəhər 1 nömrəli tam orta məktəblərdə mövcud olan vakant yerlər müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə təqdim edilmişdir.

Namizədlərə uğurlar arzulayırıq!


Cavablaİstinad et
Burada paylaşın: