Notifications
Clear all

Müəllimlərin işə qəbul prosesi :

Page 1 / 2

Samira Umarova
(@samira-umarova)
Aktiv Üzv
Qoşulub: 1 ay öncə
Yazılar: 18
Əsas mövzu  

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilər?

- Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə hazırda müəllim olaraq fəaliyyət göstərən şəxslər iştirak edə bilərmi?

- Son 3 il ərzində müddətsiz əmək müqaviləsi ilə işə qəbul olunaraq hazırda müəllim kimi faəliyyət göstərən şəxslər istisna olmaqla, hazırda çalışan digər müəllimlər müsabiqədə iştirak hüququna malikdirlər.

Müsabiqənin test imtahanı mərhələsində namizədlərə nə qədər vaxt verilib?

- Əvvəlki illərdən fərqli olaraq test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 90 dəqiqə deyil, 120 dəqiqə vaxt ayrılacaq.

Müsabiqənin test imtahanı mərhələsində namizədlərin bilik və bacarıqları necə qiymətləndiriləcək?

- Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.

Yeni qaydalara uyğun olaraq imtahan suallarının sayında hər hansı bir dəyişiklik olubmu?

- Xeyr. Əvvəlki illərdə olduğu kimi, cari ildə də test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim ediləcək.

Test imtahanı mərhələsində səhv cavablandırılan suallar düzgün cavaba təsir göstərəcəkmi?

- Yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən silinəcək.

Cari müsabiqənin test imtahanı mərhələsi üzrə minimum tələb (keçid balı) necə müəyyənləşdiriləcək?

- Müsabiqənin test imtahanı mərhələsində namizədlərin imtahan nəticələri əsasında müsabiqə üzrə minimum tələb (keçid balı) müəyyənləşdiriləcək.

Müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində çalışan müəllimlərə hər hansı bir üstünlük veriləcəkmi?

- Bəli. Müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müdətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq. Məsələn, həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə 3-5 il ərzində fasiləsiz çalışan və hazırda həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə fəaliyyətini davam etdirən müəllimin imtahan nəticəsi 72 baldırsa, bu nəticə 1,05 artım əmsalına vurularaq 75,6 bal kimi hesablanacaq. Həmin müəllim 5 il və daha artıq müdətdə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisədə işləyirsə, bu halda onun imtahan nəticəsi (72 bal) 1,1 artım əmsalına vurularaq 79,2 bal kimi hesablanacaq.

 Müsabiqə ərzində şəhid ailələrinin üzvlərinə hər hansı bir güzəşt nəzərdə tutulubmu?

- Bəli. Dəyişikliklərə əsasən, əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.

Namizədin şəhid ailəsi üzvü olduğu necə müəyyənləşdiriləcək?

- Namizədin şəhid ailəsinin üzvü olması təqdim etdiyi sənədlər və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” əsasında müəyyənləşdiriləcək.

Müsabiqə üzrə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul necə həyata keçiriləcək?

- Müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə qəbulu müsabiqənin yalnız əsas turunda həyata keçiriləcək.

Müsabiqənin əsas turundan sonra keçiriləcək turlarda müddətsiz müqavilə əsasında işə qəbul həyata keçiriləcəkmi?

- Xeyr. Müsabiqənin əsas turundan sonra keçirilən turlarda və tədris ili ərzində yaranan yeni vakant yerlərə yalnız müddətli əmək müqaviləsi əsasında işə qəbul həyata keçiriləcək.


Eyvaz1995 bəyəndi
İstinad et
QRTI_Serxan Yusifzade
(@qrti_serxan-yusifzade)
Aktiv Üzv
Qoşulub: 2 ay öncə
Yazılar: 10
 
  • 3 ildən az müddətdə işləyən müəllim MİQ-də iştirak edə bilərmi? Və ya necə iştirak etmək olar?
Yazıya dəyişiklik edilib: 7 gün öncə öncə QRTI_Serxan Yusifzade tərəfindən

Cavablaİstinad et
Samira Umarova
(@samira-umarova)
Aktiv Üzv
Qoşulub: 1 ay öncə
Yazılar: 18
Əsas mövzu  

@qrti_serxan-yusifzade

Müəllimlərin işə qəbulu müsabiqəsinin qaydalarına əsasən hazırda dövlət ümumi təhsil müəssisəsində 3 ildən az müddətdə müddətsiz əsaslarla çalışan müəllimlər müsabiqədə iştirak edə bilməzlər. 3 ildən az müddətdə çalışan müəllimlər müsabiqədə iştirak üçün işdən çıxmalıdırlar. Bu prosesi tənzimləmək üçün aşağıdakılar nəzərə alınmalıdır:

- 3 ildən az müddətdə çalışan şəxslər müsabiqədə iştirak etmək istəyirsə o zaman 14 iyunda işdən çıxarılmaları ilə bağlı məktəbə ərizə ilə müraciət etməlidir;
- Ərizələrində 14 iyundan etibarən işdən çıxarılmaları mütləq qeyd olunmalıdır;
- Bu ərizələri məktəb rəhbərliyi yerli təhsili idarəetmə orqanına təqdim etməlidir;
- 14 iyun tarixində qanunvericiliyə müvafiq olaraq müəllimin elektron müqaviləsinə xitam verilməlidir.

Müraciət etdiyi halda 14 iyunadək müqaviləsinə elektron qaydada xitam verilməmiş şəxslər müsabiqədə iştirak edə bilməyəcək.


Cavablaİstinad et
Nilufar
(@nilufar)
Yeni Üzv
Qoşulub: 5 gün öncə
Yazılar: 1
 

Salam.MIQ-də imtahan müddəti neçə dəqiqədir?


Cavablaİstinad et
Samira Umarova
(@samira-umarova)
Aktiv Üzv
Qoşulub: 1 ay öncə
Yazılar: 18
Əsas mövzu  

@nilufar Salam,cari ildə MIQ imtahanında test imtahan müddəti 120 dəqiqədən 150 dəqiqəyədək artırılmışdır.


Cavablaİstinad et
QRTI_Serxan Yusifzade
(@qrti_serxan-yusifzade)
Aktiv Üzv
Qoşulub: 2 ay öncə
Yazılar: 10
 

Elektron ərizəni doldurarkən hansı məqamlara diqqət edilməlidir?


Cavablaİstinad et
Samira Umarova
(@samira-umarova)
Aktiv Üzv
Qoşulub: 1 ay öncə
Yazılar: 18
Əsas mövzu  

Daxil edilmiş əlaqə nömrəsinin işlək olmasına və faktiki yaşayış yeri məlumatlarının düzgün əks olunmasına əmin olmaq lazımdır.


Cavablaİstinad et
Natavan_Sexavetli
(@natavan_sexavetli)
Yeni Üzv
Qoşulub: 2 gün öncə
Yazılar: 2
 

MiQ imtahan vaxtlari melumdur?


Cavablaİstinad et
Ali_rustemov
(@ali_rustemov)
Yeni Üzv
Qoşulub: 2 gün öncə
Yazılar: 2
 

Müsabiqə hansı mərhələlərdən ibarətdir?


 


Cavablaİstinad et
Samira Umarova
(@samira-umarova)
Aktiv Üzv
Qoşulub: 1 ay öncə
Yazılar: 18
Əsas mövzu  

@natavan_sexavetli Salam,MİQ imtahan vaxtları hələ məlum deyil.


Cavablaİstinad et
Samira Umarova
(@samira-umarova)
Aktiv Üzv
Qoşulub: 1 ay öncə
Yazılar: 18
Əsas mövzu  

@ali_rustemov Salam,müsabiqə 4 mərhələdən ibarətdir.

1-elektron sənədlərin yoxlanması

2-test

3-vakansiya seçimi

4-müsahibə mərhələsi


Cavablaİstinad et
Natavan_Sexavetli
(@natavan_sexavetli)
Yeni Üzv
Qoşulub: 2 gün öncə
Yazılar: 2
 

@samira-umarova  çox sağolun, məlumat üçün 🌹


Cavablaİstinad et
Eyvaz1995
(@eyvaz1995)
Yeni Üzv
Qoşulub: 2 gün öncə
Yazılar: 2
 
Paylaşıb:: @samira-umarova

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilər?

- Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə hazırda müəllim olaraq fəaliyyət göstərən şəxslər iştirak edə bilərmi?

- Son 3 il ərzində müddətsiz əmək müqaviləsi ilə işə qəbul olunaraq hazırda müəllim kimi faəliyyət göstərən şəxslər istisna olmaqla, hazırda çalışan digər müəllimlər müsabiqədə iştirak hüququna malikdirlər.

Müsabiqənin test imtahanı mərhələsində namizədlərə nə qədər vaxt verilib?

- Əvvəlki illərdən fərqli olaraq test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 90 dəqiqə deyil, 120 dəqiqə vaxt ayrılacaq.

Müsabiqənin test imtahanı mərhələsində namizədlərin bilik və bacarıqları necə qiymətləndiriləcək?

- Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.

Yeni qaydalara uyğun olaraq imtahan suallarının sayında hər hansı bir dəyişiklik olubmu?

- Xeyr. Əvvəlki illərdə olduğu kimi, cari ildə də test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim ediləcək.

Test imtahanı mərhələsində səhv cavablandırılan suallar düzgün cavaba təsir göstərəcəkmi?

- Yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən silinəcək.

Cari müsabiqənin test imtahanı mərhələsi üzrə minimum tələb (keçid balı) necə müəyyənləşdiriləcək?

- Müsabiqənin test imtahanı mərhələsində namizədlərin imtahan nəticələri əsasında müsabiqə üzrə minimum tələb (keçid balı) müəyyənləşdiriləcək.

Müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində çalışan müəllimlərə hər hansı bir üstünlük veriləcəkmi?

- Bəli. Müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müdətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq. Məsələn, həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə 3-5 il ərzində fasiləsiz çalışan və hazırda həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə fəaliyyətini davam etdirən müəllimin imtahan nəticəsi 72 baldırsa, bu nəticə 1,05 artım əmsalına vurularaq 75,6 bal kimi hesablanacaq. Həmin müəllim 5 il və daha artıq müdətdə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisədə işləyirsə, bu halda onun imtahan nəticəsi (72 bal) 1,1 artım əmsalına vurularaq 79,2 bal kimi hesablanacaq.

 Müsabiqə ərzində şəhid ailələrinin üzvlərinə hər hansı bir güzəşt nəzərdə tutulubmu?

- Bəli. Dəyişikliklərə əsasən, əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.

Namizədin şəhid ailəsi üzvü olduğu necə müəyyənləşdiriləcək?

- Namizədin şəhid ailəsinin üzvü olması təqdim etdiyi sənədlər və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” əsasında müəyyənləşdiriləcək.

Müsabiqə üzrə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul necə həyata keçiriləcək?

- Müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə qəbulu müsabiqənin yalnız əsas turunda həyata keçiriləcək.

Müsabiqənin əsas turundan sonra keçiriləcək turlarda müddətsiz müqavilə əsasında işə qəbul həyata keçiriləcəkmi?

- Xeyr. Müsabiqənin əsas turundan sonra keçirilən turlarda və tədris ili ərzində yaranan yeni vakant yerlərə yalnız müddətli əmək müqaviləsi əsasında işə qəbul həyata keçiriləcək.

Salam, Müəllimlərin işə qəbulu prossesində edilən dəyişiklik bütün fənlərə aiddir?


Cavablaİstinad et
Samira Umarova
(@samira-umarova)
Aktiv Üzv
Qoşulub: 1 ay öncə
Yazılar: 18
Əsas mövzu  

@natavan_sexavetli buyurun🌷


Cavablaİstinad et
Samira Umarova
(@samira-umarova)
Aktiv Üzv
Qoşulub: 1 ay öncə
Yazılar: 18
Əsas mövzu  

@eyvaz1995 Salam,hansı dəyişikliyi nəzərdə tutursunuz?Zəhmət olmasa ətraflı qeyd edərdiniz.


Cavablaİstinad et
Page 1 / 2
Burada paylaşın: