Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra boş qalan yerlərə İnsan Resursları Mərkəzi tərəfindən mərkəzləşmiş qaydada proqram təminatı tətbiq olunmaqla müddətli müqavilə ilə müəllimlərin işə götürülməsi prosesinin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Tədris prosesi başlananadək müəllimlərin işə qəbulu prosesinin başa çatması və müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun mərkəzləşmiş və elektron qaydada təşkili məqsədilə verilən bu qərar açıqlandıqdan sonra vətəndaşlar tərəfindən Təhsil Nazirliyinə və İnsan Resursları Mərkəzinin rəsmi facebook səhifəsinə ikinci turun bərpa edilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olmuşdur. Vətəndaşların müraciətləri araşdırılmış və onların xahişi ilə müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra boş qalan yerlərə ikinci turun - müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulunun həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Müsabiqə başa çatdıqdan sonra ikinci turun keçiriləcəyi tarix barədə məlumat veriləcəkdir.