Notifications
Clear all

Magistraturaya qəbul qaydaları:


Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 1 il öncə
Yazılar: 178
Əsas mövzu  

Dövlət proqramı əsasında qəbul.


İstinad et
Ali_rustemov
(@ali_rustemov)
Aktiv Üzv
Qoşulub: 12 ay öncə
Yazılar: 10
 

Magistr üçün qəbul tarixi nə vaxtır?


Cavablaİstinad et
Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 1 il öncə
Yazılar: 178
Əsas mövzu  

Salam.

2024/2025-ci tədris ili üzrə
Qəbul üçün son müraciət tarixi: Elan olunacaq


Ali_rustemov bəyəndi
Cavablaİstinad et
Ali_rustemov
(@ali_rustemov)
Aktiv Üzv
Qoşulub: 12 ay öncə
Yazılar: 10
 

Proqram müddəti nə qədərdir?


Cavablaİstinad et
Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 1 il öncə
Yazılar: 178
Əsas mövzu  

@ali_rustemov Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi təhsil aldıqları xarici ali
təhsil müəssisələri tərəfindən müəyyən edilən minimum normativ təhsil
müddətini əhatə edir.


Ali_rustemov bəyəndi
Cavablaİstinad et
Ali_rustemov
(@ali_rustemov)
Aktiv Üzv
Qoşulub: 12 ay öncə
Yazılar: 10
 

hansı xərclər qarşılanır?


Cavablaİstinad et
Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 1 il öncə
Yazılar: 178
Əsas mövzu  

@ali_rustemov Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi aşağıdakı xərclər üzrə
həyata keçirilir:
 təhsil xərcləri;
 viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri;
 aylıq yaşayış xərcləri;
 tibbi sığorta xərcləri;
 beynəlxalq nəqliyyat xərcləri;
 bank və plastik kart xərcləri.


Ali_rustemov bəyəndi
Cavablaİstinad et
Ali_rustemov
(@ali_rustemov)
Aktiv Üzv
Qoşulub: 12 ay öncə
Yazılar: 10
 

seçim kriteriyası var?


Cavablaİstinad et
Ali_rustemov
(@ali_rustemov)
Aktiv Üzv
Qoşulub: 12 ay öncə
Yazılar: 10
 

Sənədlərin siyahısını deyə bilərsiniz?


Cavablaİstinad et
Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 1 il öncə
Yazılar: 178
Əsas mövzu  

@ali_rustemov Namizədin cari tədris ilində ümumtəhsil müəssisələrinin buraxılış sinfində
(XI sinif və ya xaricdə təhsil aldıqda müvafiq buraxılış sinfi) təhsil alması və
ya tam orta təhsilə malik olması;
 Namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;
 Namizədin xarici ali təhsil müəssisəsində bakalavriat səviyyəsi üzrə təhsil
almaq istədiyi və ya təhsil aldığı ixtisasın Azərbaycan Respublikası Elm və
Təhsil Nazirliyi tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və
nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında
göstərilən ixtisasa uyğun olması;
 Namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə
ümumavropa çərçivə sənədinə (The Common European Framework of
Reference for Languages - CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində
bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS,
DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMƏR) malik olması;
 Namizədin ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə
qəbulu üzrə aparılan qəbul imtahanları çərçivəsində müraciət etdiyi sahəyə
uyğun olaraq texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və
xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə
yekun olaraq ən azı 400, digər sahələr üzrə ən azı 550 bal toplaması.
 Namizədin cari tədris ilində ali təhsil müəssisələrinin sonuncu tədris ilində
təhsil alması və ya bakalavr ali peşə-ixtisas dərəcəsinə malik olması (xaricdə
ali təhsil aldıqda kvalifikasiyasının tanınması);
 Namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;
 Namizədin xarici ali təhsil müəssisəsində magistratura səviyyəsi üzrə təhsil
almaq istədiyi və ya təhsil aldığı ixtisasın Nazirlik tərəfindən müəyyən
olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə
təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olması;
 Namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə
ümumavropa çərçivə sənədinə (The Common European Framework of
Reference for Languages - CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində
bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS,
DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMƏR) malik olması;
 Namizədin bakalavriat təhsil səviyyəsi üzrə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura
səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər
Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili
Qaydaları”na əsasən müəyyən edilmiş Ümumi Orta Müvəffəqiyyət
Göstəricisinin (ÜOMG) 81 bal və ya ondan yuxarı olması (və ya xaricdə ali
təhsil aldıqda digər qiymətləndirmə şkalaları üzrə ekvivalentliyin təmin
olunması).


Ali_rustemov bəyəndi
Cavablaİstinad et
Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 1 il öncə
Yazılar: 178
Əsas mövzu  

@ali_rustemov 1. Ümumitəhsil
müəssisələrinin
buraxılış sinfində təhsil
aldığına dair arayış və
ya tam orta təhsil
haqqında attestatın
surəti
Qeyd: Orta ixtisas təhsili
üzrə təhsil alan namizədlər
üçün təhsil aldığına dair
arayış və ya orta ixtisas
təhsili haqqında diplomun
surəti
2. Qəbul sənədi
Qeyd: Hazırda təhsil alan
namizədlər üçün təhsil
aldıqlarına dair müvafiq
arayış
İngilis, rus və türk
dillərindən başqa
digər dillərdə olan
sənədlərin notariat
qaydasında təsdiq
edilmiş Azərbaycan
dilinə tərcüməsi
təqdim edilməlidir.
Minimum normativ təhsil
müddəti, dərslərin
başlama və
proqnozlaşdırılan
məzuniyyət tarixi
göstərilməsi tövsiyə
olunur.
3. Beynəlxalq səviyyəli dil
sertifikatının surəti
Namizədin təhsil alacağı
xarici ali təhsil
müəssisəsinin tədris dilini
bilməsinə dair sertifikat
təqdim etməlidir.
4. Hərbi bilet və ya ASAN
xidmətdən əldə olunan
hərbi xidmətdən
möhlət hüququ
haqqında arayış
Sənədin adı Tələb Qeyd
5. DİM qəbul imtahanının
nəticəsi
Namizədin ölkənin ali
təhsil müəssisələrinin
bakalavriat səviyyəsinə
tələbə qəbulu üzrə
aparılan qəbul imtahanları
çərçivəsində müraciət
etdiyi sahəyə uyğun
olaraq texniki və texnoloji,
təbiət, kənd təsərrüfatı,
səhiyyə, rifah və xidmət,
əsas (baza ali) tibb təhsili
və xüsusi təyinatlı ixtisas
qrupları üzrə yekun olaraq
ən azı 400, digər sahələr
üzrə ən azı 550 bal
toplamalıdır.
6. Sağlamlıq haqqında
arayış
Sağlamlıq haqqında
arayışın forması
AZS-086/1 olmalıdır.
7. Beynəlxalq təhsil
proqramının (IB, A-
level, AP) göstəricisini
təsdiq edən arayışın
surəti
Olduğu təqdirdə
Üstünlükdür. Müvafiq
meyarlara uyğun arayış
(minimum və maksimum
göstəriciləri aralığında)
təqdim edən
namizədlərdən
beynəlxalq dil sertifikatı
və DİM qəbul imtahanın
nəticəsi tələb olunmur.
8. Beynəlxalq olimpiada
qalibi (bürünc, gümüş,
qızıl) olduğunu təsdiq
edən sənədin surəti
Olduğu təqdirdə
Üstünlükdür. Beynəlxalq
fənn olimpiadlarından ən
azı birinin qızıl, gümüş və
ya bürünc medalı ilə təltif
olunmuş namizədlər DİM
qəbul imtahanın nəticəsi
tələb olunmur və
müsahibə mərhələsindən
azaddır.
Sənədin adı Tələb Qeyd
9. Beynəlxalq səviyyədə
tanınan imtahan
(SAT/ACT) göstəricisini
təsdiq edən arayışın
surəti
Olduğu təqdirdə
Üstünlükdür. SAT və ya
ACT imtahanlarının
birindən ən azı 75%
nəticəsi olan
namizədlərdən DİM qəbul
imtahanının nəticəsi tələb
olunmur.


Cavablaİstinad et
Ali_rustemov
(@ali_rustemov)
Aktiv Üzv
Qoşulub: 12 ay öncə
Yazılar: 10
 

Hərbi bilet vacibdirmi?


Cavablaİstinad et
Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 1 il öncə
Yazılar: 178
Əsas mövzu  

@ali_rustemov Hərbi bilet və ya ASAN
xidmətdən əldə olunan
hərbi xidmətdən
möhlət hüququ
haqqında arayış mütləq təqdim olunmalıdır.


Cavablaİstinad et
Xaleddin
(@xaleddin)
Aktiv Üzv
Qoşulub: 6 ay öncə
Yazılar: 13
 

Dövlət programı iştirakçılarının öhdəlikləri nədir


Cavablaİstinad et
Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 1 il öncə
Yazılar: 178
Əsas mövzu  

@xaleddin

Proqram iştirakçısının öhdəlikləri

Azərbaycan Respublikası Nazirlər Kabinetin 1 iyun 2022-ci il tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası”nın 1.4-cü bəndinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat/magistratura səviyyəsi üzrə təhsili almaq istəyən tələbələrlə 2-tərəfli müqavilə bağlanılır. Sözügedən müqavilə forması Azərbaycan Respublikası elm və təhsil nazirinin 07.07.2022-ci il tarixli F-436 nömrəli əmri ilə təsdiq edilmişdir.

Proqram iştirakçısının təhsilinin maliyyələşdirilməsi sözügedən müqavilə əsasında həyata keçirilir.


Cavablaİstinad et
Burada paylaşın: