Uşaqların məktəbəqədər təhsil müəssisəsinə növbəyə yazılma prosesi 1 avqust 2023-cü il tarixdən başlayır.Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər.Boş yerlərə qəbul isə il ərzində aparılır.
Valideyn məktəbəqədər təhsil müəssisəsini seçdikdən sonra fikrini dəyişə bilərmi ?
@aygun-huseynova Bəli,valideyn(qanuni nümayəndə) şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib digər seçdiyi məktəbəqədər təhsil müəssisəsinə növbəyə yazıla bilər.
Usagin elektron qeydiyati zamani bir nece mektebeqeder tehsil muessesi secmek mumkundurmu?
@elnure-bayramova Bəli.Valideyn maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçərək növbəyə yazıla bilər.
Uşaqların qəbulu zamanı hansı prioritetlər nəzərə alınır?
@aysunhtnva-06 Məktəbəqədər təhsil müəssisəsinə online qeydiyyat zamanı aşağıda göstərilən kateqoriyadan olan uşaqların qəbulu üzrə üstünlük hüquqları təmin
olunur :
1.Şəhid ailələrinin,Qarabağ müharibəsi iştirakçılarının övladları
2.Tək işləyən valideynlərin övladları
3.I və II qrup əlillərin övladları
4.Hərbi xidmətdə olan valideynlərin övladı
5.Təhsilalan ananın övladları
6.Çoxuşaqlı ailələrin övladları
7.Qəyyumluqda olan uşaqlar
Məktəbəqədər təhsil müəssislərinə uşaqların elektron sənəd qəbulu necə həyata keçirilir?
Salam.Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılan uşaqların qəbulu necə həyata keçirilir?
@nezrin-2004 Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu bq.edu.az portalı vasitəsilə həyata keçirilir.
@yegane-quliyeva Salam,hörmətli istifadəçi.Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi 1(bir) ay müddətinə həyata keçirilir.Sistem göstərilən müddət ərzində prioriteti olan uşaqların növbələrini sorğuya çevirir.Növbəti mərhələdə boş qalan yerlərə prioritetsiz(üstünlüyü olmayan) uşaqların yerləşdirilməsi təmin olunur.
Salam.Hal hazırda uşaq qeydiyyat etmək olurmu bağçaya?
Usaqlarin muessiseye daxil olmasi ucun hansi senedler lazimdir?
@aygun-ibrahimova Salam.Bəli,məktəbəqədər müəsisələrə elektron sənəd qəbulu davam edir.
@ayten-ceferova Salam,hörmətli istifadəçi,valideyn(qanuni nümayəndə) məktəbəqədər təhsil müəssisəsinə qəbul üçün aşağıdakı sənədləri müəssisəyə təqdim etməlidir:
- valideyn və ya qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti
- uşağın şəxsiyyət vəsiqəsinin surəti
- uşağın 3*4 sm ölçüdə fotoşəkli
- uşağın mübadilə vərəqəsi
- uşağın sağlamlığının vəziyyəti barədə tibbi arayış
- şəxsi kabinetdən çap olunmuş elekttron ərizə