Notifications
Clear all

Məktəbəqqədər təhsil müəssisəsinə uşaqların növbəyə yazılması

Page 1 / 2

Gunel Qarayeva
(@gunel-qarayeva)
Aktiv Üzv
Qoşulub: 7 ay öncə
Yazılar: 19
Əsas mövzu  

Uşaqların məktəbəqədər təhsil müəssisəsinə növbəyə yazılma prosesi 1 avqust 2023-cü il tarixdən başlayır.Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər.Boş yerlərə qəbul isə il ərzində aparılır.


Aysel1989 bəyəndi
İstinad et
Aygun Huseynova
(@aygun-huseynova)
Yeni Üzv
Qoşulub: 7 ay öncə
Yazılar: 1
 

Valideyn məktəbəqədər təhsil müəssisəsini seçdikdən sonra fikrini dəyişə bilərmi ?


Cavablaİstinad et
Gunel Qarayeva
(@gunel-qarayeva)
Aktiv Üzv
Qoşulub: 7 ay öncə
Yazılar: 19
Əsas mövzu  

@aygun-huseynova Bəli,valideyn(qanuni nümayəndə) şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib digər seçdiyi məktəbəqədər təhsil müəssisəsinə növbəyə yazıla bilər.


Cavablaİstinad et
Elnure Bayramova
(@elnure-bayramova)
Yeni Üzv
Qoşulub: 7 ay öncə
Yazılar: 1
 

Usagin elektron qeydiyati zamani bir nece mektebeqeder tehsil muessesi secmek mumkundurmu?


Cavablaİstinad et
Gunel Qarayeva
(@gunel-qarayeva)
Aktiv Üzv
Qoşulub: 7 ay öncə
Yazılar: 19
Əsas mövzu  

@elnure-bayramova Bəli.Valideyn maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçərək növbəyə yazıla bilər.


Cavablaİstinad et
aysunhtnva.06
(@aysunhtnva-06)
Yeni Üzv
Qoşulub: 7 ay öncə
Yazılar: 1
 

Uşaqların qəbulu zamanı hansı prioritetlər nəzərə alınır?


Cavablaİstinad et
Gunel Qarayeva
(@gunel-qarayeva)
Aktiv Üzv
Qoşulub: 7 ay öncə
Yazılar: 19
Əsas mövzu  

@aysunhtnva-06 Məktəbəqədər təhsil müəssisəsinə online qeydiyyat zamanı aşağıda göstərilən kateqoriyadan olan uşaqların qəbulu üzrə üstünlük hüquqları təmin

olunur :

1.Şəhid ailələrinin,Qarabağ müharibəsi iştirakçılarının övladları

2.Tək işləyən valideynlərin övladları

3.I və II qrup əlillərin övladları

4.Hərbi xidmətdə olan valideynlərin övladı

5.Təhsilalan ananın övladları

6.Çoxuşaqlı ailələrin övladları

7.Qəyyumluqda olan uşaqlar


Cavablaİstinad et
Nezrin.2004
(@nezrin-2004)
Yeni Üzv
Qoşulub: 7 ay öncə
Yazılar: 1
 

Məktəbəqədər təhsil müəssislərinə uşaqların elektron sənəd qəbulu necə həyata keçirilir?


Cavablaİstinad et
Yegane Quliyeva
(@yegane-quliyeva)
Yeni Üzv
Qoşulub: 7 ay öncə
Yazılar: 1
 

Salam.Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılan uşaqların qəbulu necə həyata keçirilir?


Cavablaİstinad et
Gunel Qarayeva
(@gunel-qarayeva)
Aktiv Üzv
Qoşulub: 7 ay öncə
Yazılar: 19
Əsas mövzu  

@nezrin-2004 Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu bq.edu.az portalı vasitəsilə həyata keçirilir.


Cavablaİstinad et
Gunel Qarayeva
(@gunel-qarayeva)
Aktiv Üzv
Qoşulub: 7 ay öncə
Yazılar: 19
Əsas mövzu  

@yegane-quliyeva Salam,hörmətli istifadəçi.Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi 1(bir) ay müddətinə həyata keçirilir.Sistem göstərilən müddət ərzində prioriteti olan uşaqların növbələrini sorğuya çevirir.Növbəti mərhələdə boş qalan yerlərə prioritetsiz(üstünlüyü olmayan) uşaqların yerləşdirilməsi təmin olunur.


Cavablaİstinad et
Aygun Ibrahimova
(@aygun-ibrahimova)
Yeni Üzv
Qoşulub: 7 ay öncə
Yazılar: 1
 

Salam.Hal hazırda uşaq qeydiyyat etmək olurmu bağçaya?


Cavablaİstinad et
Ayten ceferova
(@ayten-ceferova)
Yeni Üzv
Qoşulub: 7 ay öncə
Yazılar: 2
 

Usaqlarin muessiseye  daxil olmasi ucun hansi senedler lazimdir?


Cavablaİstinad et
Gunel Qarayeva
(@gunel-qarayeva)
Aktiv Üzv
Qoşulub: 7 ay öncə
Yazılar: 19
Əsas mövzu  

@aygun-ibrahimova Salam.Bəli,məktəbəqədər müəsisələrə elektron sənəd qəbulu davam edir.


Cavablaİstinad et
Gunel Qarayeva
(@gunel-qarayeva)
Aktiv Üzv
Qoşulub: 7 ay öncə
Yazılar: 19
Əsas mövzu  

@ayten-ceferova Salam,hörmətli istifadəçi,valideyn(qanuni nümayəndə) məktəbəqədər təhsil müəssisəsinə qəbul üçün aşağıdakı sənədləri müəssisəyə təqdim etməlidir:

-  valideyn və ya qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti 

-  uşağın şəxsiyyət vəsiqəsinin surəti

-  uşağın 3*4 sm ölçüdə fotoşəkli

-  uşağın mübadilə vərəqəsi

- uşağın sağlamlığının vəziyyəti barədə tibbi arayış

-  şəxsi kabinetdən çap olunmuş elekttron ərizə


Cavablaİstinad et
Page 1 / 2
Burada paylaşın: