Hörmətli istifadəçilər, Macarıstanda təhsil almaq üçün ielts nə qədər olmalıdır?
Salam. Namizədin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi (IELTS) bakalavriat təhsil səviyyəsi üzrə minimum 6.0 (hər bir alt kateqoriya 5.5-dən aşağı olmamaqla), magistratura və doktorantura səviyyələri üzrə 6.5 bal (hər bir alt kateqoriya 5.5-dən aşağı olmamaqla) təşkil etməlidir. Qeyd edim ki, sadalanan şərtlər Macarıstanda təhsil üçün nəzərdə tutulmuş Hökümətlərarası Təhsil Proqramı üzrə müəyyən edilmişdir. Proqramla bağlı daha ətraflı məlumat əldə etmək istəyirsinizsə qoşma olaraq əlavə edilmiş sənədlə tanış ola bilərsiniz.
Bu il IV kursda oxuyan bakalavrlar nə zaman müraciət edə bilərlər?
@kamran3006 Adətən Macarıstan üçün yanvar ayında başlayır qeydiyyat, ancaq ətraflı burdan: http://htp.edu.az/az/index elanlar bölməsinə keçərək məlumat ala bilərsiniz.Hazırda qeydiyyatı açıq olanları isə: http://htp.edu.az/uploads/fileuploads/2021/09/e582d13d4e284f9b8574e8a070448faf.pdf burdan görə bilərsiniz.