Notifications
Clear all

XARİCDƏ TƏHSİL

Page 2 / 2

Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 1 il öncə
Yazılar: 178
Əsas mövzu  

@xaleddin Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi təhsil aldıqları xarici ali təhsil müəssisələri tərəfindən müəyyən edilən minimum normativ təhsil müddətini əhatə edir.


Cavablaİstinad et
Xaleddin
(@xaleddin)
Aktiv Üzv
Qoşulub: 8 ay öncə
Yazılar: 13
 

Ətraflı məlumat üçün təşəkkür edirəm.


Cavablaİstinad et
Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 1 il öncə
Yazılar: 178
Əsas mövzu  

@xaleddin Buyurun.


Cavablaİstinad et
Xaleddin
(@xaleddin)
Aktiv Üzv
Qoşulub: 8 ay öncə
Yazılar: 13
 

DP bakalavriat üzrə hansı ixtisaslar var


Cavablaİstinad et
Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 1 il öncə
Yazılar: 178
Əsas mövzu  

@xaleddin

İxtisas sahələri

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın 6.1-ci yarımbəndində sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə ixtisas sahələrinin siyahısı qeyd edilmişdir. 

- informasiya texnologiyaları;

- mühəndislik;

- statistika və verilənlərin təhlili;

- fundamental və tətbiqi elmlər;

- ictimai səhiyyə;

- təhsil;

- ətraf mühit;

- aviasiya və kosmos;

- dövlət idarəetməsi;

- nəqliyyat və logistika;

- energetika;

- iqtisadiyyat;

- maliyyə;

- arxitektura və dizayn;

- kənd təsərrüfatı. 

 


Cavablaİstinad et
Xaleddin
(@xaleddin)
Aktiv Üzv
Qoşulub: 8 ay öncə
Yazılar: 13
 

Visa və harada qalacağamsa xərclər hansı qaydada qarşılanır


Cavablaİstinad et
Xaleddin
(@xaleddin)
Aktiv Üzv
Qoşulub: 8 ay öncə
Yazılar: 13
 

Qeyd edəcəyim məlumatda sualınız ətraflı olaraq öz əksini tapmışdır.

Viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 218 nömrəli 1 iyun 2022-ci il tarixli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası”nın  2.1.2-ci yarımbəndinə uyğun olaraq, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi proqram iştirakçılarının  viza və təhsil aldığı ölkədə qeydiyyat  xərclərini də əhatə edir.

Həmin Qaydanın 2.4-cü yarımbəndinə uyğun olaraq, viza və proqram iştirakçısının təhsil aldığı ölkədə qeydiyyat xərclərinə həmin ölkəyə vizanın rəsmiləşdirilməsinə görə tutulan rüsum, vizanın rəsmiləşdirilməsi ilə bağlı tibbi müayinə xərcləri və proqram iştirakçısının təhsil aldığı ölkədə qeydiyyata alınması xərcləri aiddir.

Proqram iştirakçılarının viza rüsumu və təhsil aldıqları ölkədə qeydiyyat xərcləri proqram iştirakçıları tərəfindən ödənilir.
 

Proqram iştirakçısının özü tərəfindən ödənilən xərclərin əvəzi onun təqdim etdiyi təsdiqedici sənədlər (hesab-faktura, bank sənədi, beynəlxalq reyslər üzrə ictimai nəqliyyat biletinin minik talonu, elektron bilet və s.) əsasında Nazirliyin maliyyələşdirən quruma təqdim etdiyi sifarişlərin rəsmiləşdirildiyi tarixə qüvvədə olan rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə proqram iştirakçısının bank hesabına ödənilir. Ətraflı keçiddə verilir.

 

Qeyd 1: Viza alınması zamanı müvafiq diplomatik nümayəndəlik tərəfindən proqram iştirakçısının təhsilinin maliyyələşdirilməsinin Dövlət Proqramı çərçivəsində həyata keçirilməsini təsdiq edən dəstək və ya zəmanət məktubu sorğu edilir. Sözügedən dəstək və zəmanət məktubunu əldə etmək məqsədilə proqram iştirakçısı Dövlət Proqramı İdarəetmə Qrupuna elektron qaydada (dpinfo@edu.gov.az) müraciət etməlidir.

Qeyd 2: Təqdim edilən sənədlərdə saxtalaşdırma, qanunsuz hazırlama və s. halları aşkarlanarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinin (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) 320.2-ci bəndinə əsasən min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması üçün aidiyyəti üzrə müvafiq tədbirlər görüləcəkdir.

 


Cavablaİstinad et
Page 2 / 2
Burada paylaşın: