Notifications
Clear all

XARİCDƏ TƏHSİL

Page 1 / 2

Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 1 il öncə
Yazılar: 177
Əsas mövzu  

Tədris ili: 2024/2025


İstinad et
Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 1 il öncə
Yazılar: 177
Əsas mövzu  

Salam,qəbul üçün son müraciət tarixi elan olunacaq.


Cavablaİstinad et
Xaleddin
(@xaleddin)
Aktiv Üzv
Qoşulub: 5 ay öncə
Yazılar: 13
 

Bütün universitetlərdə təhsil almaq mümkündür?


Cavablaİstinad et
Xaleddin
(@xaleddin)
Aktiv Üzv
Qoşulub: 5 ay öncə
Yazılar: 13
 

Universitetlərin siyahısını necə əldə edə bilərəm?


Cavablaİstinad et
Xaleddin
(@xaleddin)
Aktiv Üzv
Qoşulub: 5 ay öncə
Yazılar: 13
 

Təhsilinin maliyyələşdirilməsinə nələr daxildir?


Cavablaİstinad et
Xaleddin
(@xaleddin)
Aktiv Üzv
Qoşulub: 5 ay öncə
Yazılar: 13
 

Dil bilik səviyyəsi nəzərə alınır qəbul zamanı?


Cavablaİstinad et
Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 1 il öncə
Yazılar: 177
Əsas mövzu  

@xaleddin Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş siyahı ilə dp.edu.az saytından tanış ola bilərsiniz. Qeyd edək ki, namizədlər siyahıda yer alan və yalnız bakalavriat/magistratura səviyyəsi üçün diplom verən proqramlara müraciət edərək qəbul sənədi almalı və Dövlət Proqramına sənəd qəbulu zamanı təqdim etməlidir.


Cavablaİstinad et
Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 1 il öncə
Yazılar: 177
Əsas mövzu  

@xaleddin Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş siyahı ilə dp.edu.az saytından tanış ola bilərsiniz. 


Cavablaİstinad et
Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 1 il öncə
Yazılar: 177
Əsas mövzu  

@xaleddin Namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages - CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMƏR) malik olmalıdır.


Cavablaİstinad et
Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 1 il öncə
Yazılar: 177
Əsas mövzu  

@xaleddin Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi aşağıdakı xərclər üzrə həyata keçirilir:

 təhsil xərcləri;

 viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri;

 aylıq yaşayış xərcləri;

 tibbi sığorta xərcləri;

 beynəlxalq nəqliyyat xərcləri;

 bank və plastik kart xərcləri.


Cavablaİstinad et
Xaleddin
(@xaleddin)
Aktiv Üzv
Qoşulub: 5 ay öncə
Yazılar: 13
 

Baklavriat üzrə qəbulda hansı şərtlər var?


Cavablaİstinad et
Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 1 il öncə
Yazılar: 177
Əsas mövzu  

@xaleddin Namizədin cari tədris ilində ümumtəhsil müəssisələrinin buraxılış sinfində (XI sinif və ya xaricdə təhsil aldıqda müvafiq buraxılış sinfi) təhsil alması və ya tam orta təhsilə malik olması;  Namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;  Namizədin xarici ali təhsil müəssisəsində bakalavriat səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olması;  Namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages - CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMƏR) malik olması;  Namizədin ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan qəbul imtahanları çərçivəsində müraciət etdiyisahəyə uyğun olaraq texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 400, digər sahələr üzrə ən azı 550 bal toplaması.


Cavablaİstinad et
Xaleddin
(@xaleddin)
Aktiv Üzv
Qoşulub: 5 ay öncə
Yazılar: 13
 

Hansı sənədlər tələb olunur?


Cavablaİstinad et
Samira Pashazade
(@samira-pashazade)
Estimable Member
Qoşulub: 1 il öncə
Yazılar: 177
Əsas mövzu  

@xaleddin 1. Ümumitəhsil müəssisələrinin buraxılış sinfində təhsil aldığına dair arayış və ya tam orta təhsil haqqında attestatın surəti Qeyd: Orta ixtisas təhsili üzrə təhsil alan namizədlər üçün təhsil aldığına dair arayış və ya orta ixtisas təhsili haqqında diplomun surəti 2. Qəbul sənədi Qeyd: Hazırda təhsil alan namizədlər üçün təhsil aldıqlarına dair müvafiq arayış İngilis, rus və türk dillərindən başqa digər dillərdə olan sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi təqdim edilməlidir. Minimum normativ təhsil müddəti, dərslərin başlama və proqnozlaşdırılan məzuniyyət tarixi göstərilməsi tövsiyə olunur. 3. Beynəlxalq səviyyəli dil sertifikatının surəti Namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini bilməsinə dair sertifikat təqdim etməlidir. 4. Hərbi bilet və ya ASAN xidmətdən əldə olunan hərbi xidmətdən möhlət hüququ haqqında arayış Sənədin adı Tələb Qeyd 5. DİM qəbul imtahanının nəticəsi Namizədin ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan qəbul imtahanları çərçivəsində müraciət etdiyi sahəyə uyğun olaraq texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 400, digər sahələr üzrə ən azı 550 bal toplamalıdır. 6. Sağlamlıq haqqında arayış Sağlamlıq haqqında arayışın forması AZS-086/1 olmalıdır. 7. Beynəlxalq təhsil proqramının (IB, Alevel, AP) göstəricisini təsdiq edən arayışın surəti Olduğu təqdirdə Üstünlükdür. Müvafiq meyarlara uyğun arayış (minimum və maksimum göstəriciləri aralığında) təqdim edən namizədlərdən beynəlxalq dil sertifikatı və DİM qəbul imtahanın nəticəsi tələb olunmur. 8. Beynəlxalq olimpiada qalibi (bürünc, gümüş, qızıl) olduğunu təsdiq edən sənədin surəti Olduğu təqdirdə Üstünlükdür. Beynəlxalq fənn olimpiadlarından ən azı birinin qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş namizədlər DİM qəbul imtahanın nəticəsi tələb olunmur və müsahibə mərhələsindən azaddır. Sənədin adı Tələb Qeyd 9. Beynəlxalq səviyyədə tanınan imtahan (SAT/ACT) göstəricisini təsdiq edən arayışın surəti Olduğu təqdirdə Üstünlükdür. SAT və ya ACT imtahanlarının birindən ən azı 75% nəticəsi olan namizədlərdən DİM qəbul imtahanının nəticəsi tələb olunmur. 


Cavablaİstinad et
Xaleddin
(@xaleddin)
Aktiv Üzv
Qoşulub: 5 ay öncə
Yazılar: 13
 

Maliyyələşdirilmə müddətlidir,doğrudur?


Cavablaİstinad et
Page 1 / 2
Burada paylaşın: