Elektron sistemdə qeydiyyat kim tərəfindən aparıla bilər?
Valideyn və ya qanuni nümayəndə tərəfindən.
Salam,Elektron qəbul hansı rayon və şəhərləri əhatə edir?
@leman-sirinova Salam, Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının
ümumi təhsil müəssisələrini əhatə edir.
Salam , Tədris digər dillərdə aparılan I siniflərə qəbul hansı qaydada həyata keçirilir?
@sabir-kerimov Salam, Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi
məqsədilə təşkil olunan müsahibə komissiyalarının rəyi əsasında aparılır.
Məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların I sinfə qəbulu
hansı qaydada həyata keçirilir?
@samira-umarova salam , Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarına cəlb olunmuş
uşaqlar üçün sistemdə həmin bölmə üzrə birinci sinfə avtomatik sorğu yerləşdiriləcək;
Tədris digər dillərdə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların
valideynləri (qanuni nümayəndə) isə aprel ayının 29-dan etibarən şəxsi kabinetinə daxil
olmalı, komissiyanı, müsahibənin keçirilmə tarixi və saatını seçərək övladının
müsahibəyə yazılmasını təmin etməlidir. Müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar
üçün sistemdə həmin bölmə üzrə birinci sinfə avtomatik sorğu yerləşdiriləcək;
Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistemdə birinci sinfə
avtomatik sorğu yerləşdirildikdən sonra valideyn növbəti mərhələdə nə etməlidir?
@samira-umarova Şəxsi kabinetdən müvafiq ərizəni çap edərək məktəbə təqdim etməlidir
(ərizələrin məktəbə təqdim edilməsi tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək)
Salam, bilmək istərdim Lisey və ya gimnaziyaların tədris rus dilində aparılan siniflərinə
müəyyən edilmiş prioritetləri olmayan valideynlərin övladının qəbulu hansı
qaydada aparılır?
@gunay-ibrahimli_ salam, Şifahi nitq bacarıqlarının yoxlanılması üzrə müsahibədən uğur qazandıqları təqdirdə lisey və gimnaziyalara müsabiqəyə yazılırlar.