Uşaqların I sinfə qəbulu necə həyata keçirilir?
Cavab 1: Ümumi təhsil müəssisələrinin birinci sinfinə şagird qəbulu www.mektebeqebul.edu.az
elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə
həyata keçirilir.
Elektron sistemdə qeydiyyat kim tərəfindən aparıla bilər?
Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən aparıla bilər.
Elektron qəbul hansı rayon və şəhərləri əhatə edir?
Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının
ümumi təhsil müəssisələrini əhatə edir.
Hansı ümumi təhsil müəssisələrinin 1-ci sinfinə qəbul müsabiqə
yolu ilə aparılır?
Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına
orta ixtisas musiqi məktəbinin həm Azərbaycan, həm də rus bölməsi üzrə 1-ci
siniflərinə uşaqların qəbulu müsabiqə yolu ilə aparılır. Uşaqların qəbulu zamanı
heç bir prioritet üzrə üstünlük nəzərə alınmır.
“Ankara məktəbi” məktəb-lisey, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar
liseyi, İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti
nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta
məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli
məktəb-lisey, “Zəngi” liseyi və 160 nömrəli klassik gimnaziyanın rus
bölməsinin 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olmayan uşaqların
qəbulu müsabiqə yolu ilə aparılır.
Tədris digər dillərdə aparılan bölmələr üzrə I siniflərə qəbul hansı
qaydada həyata keçirilir?
Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci
siniflərinə qəbul uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi
məqsədilə təşkil olunan müsahibə komissiyalarının rəyi əsasında həyata aparılır.
Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına
orta ixtisas musiqi məktəblərinə qəbul hansı qaydada həyata keçirilir?
Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta
ixtisas musiqi məktəblərinin tədris Azərbaycan dilində aparılan I siniflərinə qəbul
uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə
komissiyalarının rəyi əsasında həyata keçirilir. Qeyd olunan təhsil müəssisələrinin rus
bölməsi üzrə birinci siniflərinə qəbul isə həmin dil üzrə şifahi nitq bacarıqlarının
yoxlanılması məqsədilə təşkil olunan müsahibə və uşaqların xüsusi hazırlıqlarının
yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında aparılır.
Rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan
ümumi təhsil müəssisələrinə Azərbaycan və rus bölmələri üzrə (Bakı Avropa liseyi,
Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri
istisna olmaqla) qeydiyyat necə aparılır?
Təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, tədris digər dildə
aparılan bölmə seçilərsə, ilk növbədə uşağın şifahi nitq bacarıqları müsahibə əsasında
qiymətləndiriləcək. Övladı müsahibədən uğur qazanmış valideyn “Prioritet üzrə”
bölməsini seçib müvafiq ümumi təhsil müəssisəsinə sorğu yerləşdirə bilər. Prioritet üzrə
üstünlükləri olmayan valideynlər (qanuni nümayəndələr) isə elektron sistemdə “Müsabiqə
yolu ilə” bölməsini seçərək övladının həmin təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu
üçün elektron sorğu yerləşdirə bilərlər.
Məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların I sinfə qəbulu
hansı qaydada həyata keçirilir?
Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarına cəlb olunmuş
uşaqlar üçün həmin bölmə üzrə hazırda təhsil aldığı ümumi təhsil müəssisəsi və müəllim
seçilməklə system tərəfindən birinci sinfə avtomatik sorğu yerləşdiriləcək;
Tədris digər dillərdə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların
valideynləri (qanuni nümayəndə) isə may ayının 6-dan etibarən şəxsi kabinetinə daxil
olmalı, komissiyanı, müsahibənin keçirilmə tarixi və saatını seçərək övladının
müsahibəyə yazılmasını təmin etməlidir. Sonra isə müsahibə nəticəsi məqbul hesab
edilən uşaqlar üçün sistem tərəfindən həmin bölmə üzrə birinci sinfə avtomatik sorğu
yerləşdiriləcək.
Övladı üçün sistem tərəfindən 1-ci sinfə avtomatik sorğu yerləşdirilmiş
valideynə həmin ümumi təhsil müəssisəsini dəyişmək imkanı verilirmi?
Valideyn Şəxsi kabinetində “Sorğunu sil” düyməsini sıxaraq digər ümui
təhsil müəssisəsini (rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan
ümumi təhsil müəssisələri istisna olmaqla) seçə bilər.
Tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr
hansı formada keçiriləcək?
Müsahibələr birbaşa ünsiyyət qurma (canlı) formada təşkil olunacaq.
Müsahibə zamanı uşaqlara hansı meyarlar üzrə suallar verilir?
Cavab 10: Digər dildə tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə
komissiyaları tərəfindən müvafiq meyarlar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz
fikrini sadə formada bildirə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün
edir, özü və ailəsi haqqında qısa məlumat verir) uşaqların yalnız həmin dil üzrə şifahi nitq
bacarıqları yoxlanılır.
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında
məlumat valideynə nə zaman və necə bildiriləcək?
Cavab 11: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat
uşağın müsahibədə iştirak etdiyi gündən 3 iş günü ərzində SMS vasitəsilə valideynin
qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək.
Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan
bölməsi üzrə müraciət etmək imkanı yaradılacaq?
Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri
Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisəsi seçimi edərək sorğu yerləşdirə
bilərlər.
Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistem tərəfindən birinci
sinfə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn növbəti mərhələdə nə
etməlidir?
Şəxsi kabinetdən müvafiq ərizəni çap edərək məktəbə təqdim etməlidir
(ərizələrin məktəbə təqdim edilməsi tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək).
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi
valideyni qane etmədikdə hara müraciət edə bilər?
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi
valideyni qane etmədikdə valideyn (qanuni nümayəndə)ərizə ilə yaşadığı ərazi üzrə yerli təhsili idarəetmə orqanlarına müraciət edə
bilər. Müraciətlər ümumiləşdirilərək Təhsil Nazirliyində məsələ ilə bağlı yaradılmış
komissiya tərəfindən baxılaraq müvafiq qərar qəbul ediləcək.
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi
valideyni qane etmədikdə və valideyn məsələ ilə bağlı aidiyyəti üzrə müraciət
etdikdə uşağın yenidən müsahibədə iştirakı təmin ediləcəkmi?
Müsahibənin nəticələrindən narazı olan valideynlərin övladları üçün
yenidən müsahibə təşkil olunmayacaq. Apelyasiya komissiyası tərəfindən müsahibə
zamanı aparılmış videoçəkilişə baxılaraq müvafiq qərar qəbul ediləcək.
Lisey və ya gimnaziyaların tədris rus dilində aparılan siniflərinə
müəyyən edilmiş prioritetləri olmayan valideynlərin övladının qəbulu hansı
qaydada aparılır?
Şifahi nitq bacarıqlarının yoxlanılması üzrə müsahibədən uğur
qazandıqları təqdirdə lisey və gimnaziyalara müsabiqəyə yazılırlar.
Tədrisi digər dillərdə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının
qiymətləndirilməsi müsahibəsindən uğur qazanmayan uşaqlar qeydiyyat ünvanına
uyğun olan lisey və gimnaziyaların Azərbaycan bölməsinə qəbul edilə bilərmi?
Bəli, uşaq tədrisi digər dildə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının
qiymətləndirilməsi zamanı uğur qazanmadıqda, həmin lisey və gimnaziyalarda boş qalan
yerlərə yalnız Azərbaycan bölməsi üzrə sorğu yerləşdirə bilər.
Ərazidən kənarda daimi qeydiyyatda olan uşaqların lisey və ya
gimnaziyalara qəbulu mümkündürmü?
Əgər valideyn Azərbaycan bölməsi üzrə lisey və ya gimnaziyanı seçmək
istəyirsə, qeydiyyat ünvanı həmin lisey və ya gimnaziyanın müəyyən edilmiş ərazisinə
uyğun deyilsə, uşağın bacı və qardaşlarından biri həmin lisey və ya gimnaziyada təhsil
almırsa və ya valideynlərdən (qanuni nümayəndə) biri həmin lisey və ya gimnaziyada
işləmirsə “Növbə” bölməsini seçərək növbəyə yazıla bilər. Tədrisi digər dildə aparılan
bölmə seçildiyi halda isə müsabiqəyə yazıla bilər.
Müsabiqənin nəticələrinə əsasən, lisey və gimnaziyalara (Bakı Avropa
Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi
Məktəbi) qəbul edilməyən uşaqların valideynləri (qanuni nümayəndələri) elektron
sistemdə yenidən ümumi təhsil məktəbi seçə bilərmi?
Uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin
nəticəsi məqbul hesab edildiyi halda ümumtəhsil məktəblərinin tədris digər dildə aparılan
bölməsini seçib sorğu yerləşdirmək mümkündür. Əks halda valideynə yalnız Azərbaycan
bölməsini seçib sorğu yerləşdirmək imkanı verilir.
I sinfə qəbul üzrə müraciətlərin çox olduğu bəzi ümumi təhsil
müəssisələrində uşaqların qəbulu ilk növbədə hansı üstünlük hüququ əsasında
aparılır?
Bakı şəhərində yerləşən bir sıra ümumi təhsil müəssisələrində birinci sinfə
onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbulu üzrə aşağıda qeyd olunmuş üstünlük
hüquqları təmin olunur:
• Valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin ümumi təhsil
müəssisəsinin müəyyən edilmiş ərazisində yaşayan;
• Valideyni (qanuni nümayəndəsi) həmin ümumi təhsil müəssisəsində işləyən;
• Bacısı və ya qardaşı həmin ümumi təhsil müəssisəsində təhsil alan.
Hansı halda valideyn elektron sorğusunu ləğv edib başqa məktəb
seçimi edə bilər və ya başqa məktəb seçimi edə bilməz?
Valideyn şəxsi kabinetində müvafiq məktəbə elektron sorğu yerləşdirib,
tələb olunan sənədləri məktəbə təqdim edib, məktəb tərəfindən sistemdə təsdiq
vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina
düyməsi vurulduğu halda, valideynin qeydiyyatdan keçdiyi nömrəyə verifikasiya kodu
göndərildikdən sonra həmin kod daxil edilməklə sorğunu silib başqa məktəb seçimi etmək
olar.
I sinfə şagird qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi
tələb olunur?
Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün aşağıdakı
sənədləri məktəbə təqdim etməlidir:
• Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq
edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti;
• Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum
haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün
Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi
və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;
• xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan
Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu
təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;
• digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş
Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;
• uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);
• 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
• valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında
yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.
Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu mümkündürmü?
Bəli. Yaşı 8-dən yuxarı olan uşaqlar təhsil nazirinin 29.05.2014-cü il tarixli,
645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə
uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.
Yaşı 8-dən yuxarı olan uşaqların qeydiyyatı üçün hara və hansı
sənədlərlə müraciət edilməlidir?
Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra
01.07.2021-ci il tarixindən yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin
(və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac
yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarına
müraciət etməlidir.
Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu necə həyata
keçirilir?
Sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbul olunmaları üçün
www.mektebeqebul.edu.az portalında qeydiyyatından keçdikdən sonra beş iş günü
müddətində valideyn (digər qanuni nümayəndə) aşağıdakı sənədləri yaşayış yeri üzrə
yerli təhsili idarəetmə orqanına təqdim edir:
1. valideynin (digər qanuni nümayəndənin) himayəsində olan xüsusi təhsilə
ehtiyacı olan övladının psixoloji-tibbi-pedaqoji komissiyanın müayinəsindən keçirilməsi
üçün razılıq ərizəsi;
2. valideynin (digər qanuni nümayəndənin) şəxsiyyət vəsiqəsinin surəti;
3. uşağın şəxsiyyət vəsiqəsinin surəti;
4. uşağın xəstəliyi ilə bağlı yaşayış yeri üzrə xidmət göstərən poliklinikanın baş
həkimi tərəfindən təsdiq edilmiş ətraflı tibbi arayış (forma 27U);
5. yaşayış yerindən arayış.
- Psixoloji-tibbi-pedaqoji komissiya müayinə sənədlərini qəbul edərək on gün ərzində
uşağın müayinə olunacağı günü təyin edir.
- Psixoloji-tibbi-pedaqoji komissiya bir ay müddətində xüsusi təhsilə ehtiyacı olan uşağın
müayinəsini keçirir, uşağın məhdudiyyətlərinə və imkanlarına əsaslanaraq təhsilinin
təşkilinə dair qərar qəbul ediir. Qərar, müayinə sənədlərinin surəti və komissiyanın uşağın
inkişafının qiymətləndirməsinin nəticələri onun təhsil alacağı təhsil müəssisəsinə
göndərilir.
Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə
qəbulu üçün məktəb seçimi necə həyata keçirilir?
Sağlamlıq imkanı məhdud uşaqların xüsusi təhsilə cəlb olunması
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yerli təhsili idarəetmə orqanlarının
nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata
keçirilir. Psixoloji-tibbi-pedaqoji komissiya sağlamlıq imkanları məhdud uşağın cəlb
olunacağı xüsusi təhsilin təşkili formasını, tədris olunacaq proqramı və təhsil alacağı təhsil
müəssisəsini müəyyənləşdirir. Qanunvericiliyin tələblərinə əsasən sağlamlıq imkanları
məhdud uşağın yönləndirildiyi təhsil müəssisəsinin tipinin müəyyənləşdirilməsində
valideynlərin və ya uşağın digər qanuni nümayəndələrin iştirak hüququ vardır.
Xüsusi məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq Pedaqoji-tibbi-psixoloji
komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından
inteqrasiya olunur.
Hansı halda uşağın məktəbə qəbuluna imtina verilə bilər?
İlk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ saytından
elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil
etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirir və həmin sənədlərin surətini
saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə
məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar
edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı
halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşağın məktəbə
qəbuluna imtina verilə bilər.
Uşağın təhsil alacağı məktəbə yerləşdirilməsi prosesi tam olaraq hansı
halda başa çatmış hesab olunur?
Valideyn (qanuni nümayəndə) elektron sorğu yerləşdirdiyi məktəbə
sənədləri təqdim edir, müəssisə tərəfindən sənədlər yoxlanılır və sənədlərdə
uyğunsuzluq və ya səhv olmadığı halda uşağın məktəbə qəbulu başa çatmış hesab
olunur.
Yerləşdirilmə bitdikdən sonra valideyn hansı addımları atmalıdır?
Yeni tədris ilinin ilk günü övladını məktəbə gətirməlidir.
Birinci sinfə qəbul zamanı hansı sənədlərə ehtiyac var?
salam bilmək istərdim ki, Hansı ümumi təhsil müəssisələrinin 1-ci sinfinə qəbul müsabiqə
yolu ilə aparılır?
@samira-umarova Salam, Valideyn (qanuni nümayəndə) vəsiqəsi və övladın şəxsiyyət vəsiqəsi vasitəsilə elektron formada qeydiyyatdan keçə bilərsiniz.
@leman-sirinova Salam, Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına
orta ixtisas musiqi məktəbinin həm Azərbaycan, həm də rus bölməsi üzrə 1-ci
siniflərinə uşaqların qəbulu müsabiqə yolu ilə aparılır. Uşaqların qəbulu zamanı
heç bir prioritet üzrə üstünlük nəzərə alınmır.
“Ankara məktəbi” məktəb-lisey, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar
liseyi, İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti
nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta
məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli
məktəb-lisey, “Zəngi” liseyi və 160 nömrəli klassik gimnaziyanın rus
bölməsinin 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olmayan uşaqların
qəbulu müsabiqə yolu ilə aparılır
Qaçqın uşaq yerli məktəbə qəbul oluna bilər?(Həmin ərazidə Qaçqın uşaqın məxsus olduğu bölgəyə aid məktəb yoxdursa)
Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu necə həyata keçirilir?
@sabir-kerimov Sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbul olunmaları üçün
www.mektebeqebul.edu.az portalında qeydiyyatından keçdikdən sonra beş iş günü
müddətində valideyn (digər qanuni nümayəndə) aşağıdakı sənədləri yaşayış yeri üzrə
yerli təhsili idarəetmə orqanına təqdim edir:
1. valideynin (digər qanuni nümayəndənin) himayəsində olan xüsusi təhsilə
ehtiyacı olan övladının psixoloji-tibbi-pedaqoji komissiyanın müayinəsindən keçirilməsi
üçün razılıq ərizəsi;
2. valideynin (digər qanuni nümayəndənin) şəxsiyyət vəsiqəsinin surəti;
3. uşağın şəxsiyyət vəsiqəsinin surəti;
4. uşağın xəstəliyi ilə bağlı yaşayış yeri üzrə xidmət göstərən poliklinikanın baş
həkimi tərəfindən təsdiq edilmiş ətraflı tibbi arayış (forma 27U);
5. yaşayış yerindən arayış.
- Psixoloji-tibbi-pedaqoji komissiya müayinə sənədlərini qəbul edərək on gün ərzində
uşağın müayinə olunacağı günü təyin edir.
- Psixoloji-tibbi-pedaqoji komissiya bir ay müddətində xüsusi təhsilə ehtiyacı olan uşağın
müayinəsini keçirir, uşağın məhdudiyyətlərinə və imkanlarına əsaslanaraq təhsilinin
təşkilinə dair qərar qəbul ediir. Qərar, müayinə sənədlərinin surəti və komissiyanın uşağın
inkişafının qiymətləndirməsinin nəticələri onun təhsil alacağı təhsil müəssisəsinə
göndərilir.